Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Diplomat – dünyanın ən riskli peşələrindən biri imiş… – sensasion faktlar, fotolar

Diplomat – dünyanın ən riskli peşələrindən biri imiş… – sensasion faktlar, fotolar

Bu günə qədər dünyanın müxtəlif nöqtələrində öldürülən diplomatların ilginc dosyesi Musavat.com-da

 
Rusiyanın Türkiyədəki səfirinin öldürülməsindən sonra bu mövzu bir daha aktuallıq qazandı. Diplomat həyatı heç də kənardan göründüyü kimi, hər zaman ziyafət, furşet və qəbullardan ibarət deyil. Bu, çox çətin və təhlükəli bir peşədir. Diplomat vaxtının böyük hissəsini ezamiyyətlərdə, rutin işlərdə keçirir. Bu arada təhlükəni də unutmaq olmaz. Xüsusən dünyanın indiki dönəmində, dövlətlər arasında soyuq və təhlükəli münasibətlər olan zamanda həyati təhlükə hər zaman aktuallığını qoruyur.. 
Musavat.com saytı Rusiya mətbuatına istinadən dünya tarixində bu günə qədər qətlə yetirilən bəzi ölkə səfirlərinin dosyesini hazırlayıb. Oxuyaq – illərdən bu yana, hansı səfiri niyə qətlə yetiriblər?
“BAŞINIZI İT BAŞI KİMİ KƏSƏCƏYİK” – İLLƏRDƏN 1967, MƏKAN RUSİYA SƏFİRLİYİNİN BİNASI… 
 
Хунвейбины у советского посольства летом 1966 года, за полгода до осады
“Sizin dərinizi soyacaq, damarlarınızı kəsəcək, bədənlərinizi yandıracaq və başınızı it başı kimi kəsəcəyik”. Bu qeyri-insani şüarları 1967-ci ildə Pekindəki Rusiya səfirliyinin qarşısındakı iki minlik insan seli hayqırırdı. Çin hökumətinin də gizli dəstəyi ilə insanlar günlərlə səfirliyin binasını blokadada saxladılar, səfirliyin işçilərinə, onların ailə üzvlərinə yönəlik təhdidlər səsləndirdilər. Bunu isə “Çin xalqı tərəfindən çıxarılmış ölüm hökmü” adlandırdılar. Onlar səfirlik binasının qabağında yanğın törətməyə çalışır, binadan çıxmaq istəyənlərin maşınlarına vedrə dolusu boyalar tökürdülər. Binanın qabağında qalan səfirlik maşınlarının şüşəsinə isə antisovet şüarları yazılırdı.
Həmin günlərdə səfirlik qorxulu bir gözləmə mövqeyində idi. Moskva qadın və uşaqların evakuasiyasına rəsmi icazə vermişdi. Amma onları binadan çıxarmaq dəhşətli bir qarşıdurma ilə müşayiət olundu. İnsanlar səfirlik işçiləri və ailə üzvlərinin binadan çıxarılmasına əngəl olmağa çalışırdılar. Əhali bir neçə saat boyunca ayaq üstə gözlədi, səfirlik nümayəndələri və ailə üzvləri təyyarəyə minənə qədər onlar “burdan cəhənnəm olun”, “sizə ölüm” şüarlarını qışqırdılar.
RUSLARIN QRİBOYEDOV AĞRISI – 1828-Cİ İLDƏ VƏHŞİCƏSİNƏ ÖLDÜRÜLƏN SƏFİR 
 
Российская делегация на переговорах в Туркманчае. Грибоедов пятый справа
Eyni tale Rusiyanın Monqolustandakı səfirliyinin həyatında da bir neçə ay sonra yaşanıb. Buna səbəb isə Ulan Batorun bu münaqişədə tutduğu mövqe idi. Onlar da ruslara münasibətdə tarixi faktlardan çıxış edir və Çin dövləti ilə eyni mövqeni müdafiə edirdilər.
Ümumiyyətlə, qayda belədir ki, sivilizasiyanın inkişaf etdiyi ölkələrdə birmənalı şəkildə kütlənin qəzəbi hökumət və hüquq mühafizə orqanları tərəfindən yatızdırılır. Amma əgər prosesdə hökumətin də gizli razılığı varsa, hadisələr neqaiv istiqamətə doğru cərəyan edir.
Rus səfirlərinin qətlindən danışıb, Aleksandr Qriboyedov faktını unutmaq olmaz. Bu şəxs də 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edib. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilib. Elə həmin ildə o, Tehranda səfirlik binasına hücum edən bir qrup iranlı tərəfindən qətlə yetirilib və meyiti Tiflisə aparılıb. Rusiya mənbələrinin məlumatına görə, sui-qəsdin arxasında İngiltərə kəşfiyyatı olub. (Maraqlıdır ki, Ankarada Rusiya səfiri qətlə yetirilən zaman prezident Vladimir Putin Moskvada teatra gedib. Putin həmin gecə 19-cu əsrdə Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun əsərini izləmək fikrində olub).
Qriboyedova hücum edən fanat kütlə onu və həmin ərazidəki hər kəsi gülləboran edib. Nəticədə səfirin bədəni o qədər tanınmaz hala düşüb ki, meyitin analizi və onun həqiqətən də səfirə aid olmasını təsdiqləmək uzun müddət alıb. Meyitin Qriboyedova aid olması isə bir duel zamanı əlindən aldığı zədə nəticəsində əminlik qazanıb.
1927-ci ildə Çinin Quançjou şəhərində də Rusiya səfirliyinin binasına amansız hücum olub. Səfirliyin bütün heyəti, ailə üzvləri də daxil olmaqla, həbs olunub. İnsanlara qarşı amansız təhqirlər edilib. Beş nəfər, o cümlədən də vitse səfir Xasis güllələnib.  Hücumçular daha sonra öz hərəkətlərini belə pərdələməyə çalışdılar ki, guya hücum zamanı səfirlik işçiləri diplomatik toxunulmazlıqlarını təsdiqləyən sənədləri təqdim edə bilməyiblər.
TƏLƏBƏLƏR AMERİKA SƏFİRLİYİNƏ HÜCUM EDİB, 66 NƏFƏRİ GİROV GÖTÜRÜB 
Təbii ki,  bu cür hücumlar, qətl və terrorlar təkcə Rusiya diplomatlarını hədəfə almayıb. 1979-cu ildə Amerikanın İrandakı səfirliyində də xoşagəlməz hadisələr yaşanıb. Tələbələrdən ibarət kütlə səfirliyin binasına hücum edərək, 66 nəfəri girov götürüb, onlardan Amerikada müalicə olunan keçmiş şah Məhəmməd Rza Pəhləvini təhvil verməyi tələb ediblər. Hücumçular öncə sakit hərəkət ediblər, daha sonra isə İran hakimiyyətinin açıq sanksiyasını səsləndiriblər. Amerikanların öz diplomatlarını hərbi yolla azad etmə cəhdi isə fiasko ilə nəticələnib. Ciddi qarşıdurma, çoxlu sayda əsgərin ölümü… Girov götürülənlər isə yarım ildən, Pəhləvi şahın ölümündən sonra azad edilib.
2012-ci ilin sentyabr ayında Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilən hücum zamanı səfir də daxil edilməklə dörd amerikalı qətlə yetirilib.
Разгромленное консульство США в Бенгази
J. Kristofer Stivens Amerikanın Xarici Xidmət Ofisində 21 illik təcrübəyə malik olan və region üzrə ən təcrübəli nümayəndələrdən biri idi. O, Tripoliyə səfir kimi həmin ilin may ayında ezam edilmişdi. Liviya üsyançıları onlara diktator Müəmmər Qəzzafini devirməkdə dəstəklədiyinə görə Stivensə dərin ehtiram bəsləyirdilər.
Nümayişçilər bir amerikalı tərəfindən Məhəmməd peyğəmbəri məsxərəyə qoyan film çəkilməsinə qəzəblənərək ABŞ konsulluğunu yandırıblar.
DİPLOMATLAR SƏFİRLİK BİNASI DAXİLİNDƏ TƏHLÜKƏSİZDİLƏR, AMMA BİNADAN ÇIXAN KİMİ… 
Həmin il bir qrup ərəb İran İslam Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücum ediblər. 26 nəfəri girov götürən hücumçuların girov götürdüklərinin arasında jurnalistlərin olduğundan bixəbər idilər. Hücumçular İran türmələrində həbsdə olan ərəblərin azad edilməsini tələb edirdilər. Baş nazir Marqaret Tetçerin hücum göstərişindən sonra isə vəziyyət daha da pisləşdi. Nəticədə hücumçular səfirliyin press attaşesi Abbas Lavazanini güllələdilər.
Сотрудники иранского посольства выходят из здания во время штурма
Araşdırmalar göstərir ki, bu cür hücumlar səfirlik binalarının maksimum qorunması ilə nəticələnib. Amma bu da faktdır ki, diplomatlar bina daxilində nə qədər təhlükəsizlikdədirlərsə, binadan xaricdə qəfil hücumlara qarşı bir o qədər müdafiəsizdilər.
Amerikanın Kiprdəki səfiri Rocer Devis 1979-cu ildə məhz səfirlik binasından xaricdə qətlə yetirilmişdi. Ondan 11 il öncə isə eyni ölkədə səfir Corc Meyn öz avtomobilində sui-qəsdə qurban getmişdi.
ONLARI İSƏ ÖLDÜRMƏYİBLƏR, OĞURLAYIBLAR 
Heç də həmişə diplomatları öldürməyə cəhd etmirlər. Məsələn, 1982-ci ildə Livanda ciddi şəkildə diplomat oğurlanma epidemiyası başlanmışdı. 10 il ərzində 21 ölkədən düz 104 diplomat oğurlanmışdı. Onlardan cəmi 8-i yerində ölmüşdü.
1985-ci ildə Beyrutda Rusiya səfirliyinin attaşesi Oleq Spirin, həkim Nikolay Svirski, eləcə də səfirliyin daha iki əməkdaşı Arkadi Katkovla Valeri Mırıkov oğurlanmışdı. Bu hadisənin məsuliyyətini isə adı heç kimə bəlli olmayan bir qrup öz üzərinə götürdü. “İslan azadlıq təşkilatı – Xalid bin Validin gücləri”  – təşkilatın adı belə idi. Katkovu öncə oğurlayıb, sonra güllələdilər. Diplomatların azad edilməsi əməliyyatı internetdə xeyli əfsanənin yayılmasına səbəb olub. Versiyalardan biri isə bu idi ki, “KQB”nin qruplarından biri “Hizbullah” təşkilatı döyüşçülərindən birini çox pis formada təhqir edəndən sonra qətlə yetirib. Ardınca da girovlar azad edilib. Amma reallıq tamam başqa cür idi: KQB rəhbərliyi sözügedən təşkilatın rəhbərləri ilə təkbətək görüşdə baş verə biləcək hadisələri sıralayandan sonra girovlar azad edilib.
Bu olaydan 21 il sonra Bağdadda içərisində 5 nəfər olan səfir maşını hərbçilər tərəfindən gülləbaran edilib. Səfirliyin bir işçisi yerindəcə keçinib, digər dörd nəfər isə oğurlanıb. Daha sonra isə terrorçular girovların başına gətirdikləri oyunlarla bağlı videorolik çəkərək bunu yayıblar. Bir müddət sonra xüsusi xidmət orqanları onları taparaq yerindəcə qətlə yetirib.
TƏSADÜFİ GÜLLƏNİN QURBANI OLAN DİPLOMATLAR 
Amerikanın Əfqanıstandakı səfiri Adolf Dabs da 1979-cu ildə qətlə yetirilib. Onu da öncə oğurlayıblar, daha sonra isə türmədəki bəzi terroristlərin azad edilməsi tələbi səsləndirilib. Terrorçuların tələbini yerinə yetirmək əvəzinə onlara qarşı hücum qərarı verilib. Az müddət sonra terrorçuların saxlandığı yer təsbit edilib və onlar zərərsizləşdiriliblər. Dabs isə həlak olub. Səfirin ölümündən sonra ABŞ  Kabuldakı səfirliyini bağlayıb. Amerikanın Əfqanıstandakı növbəti səfiri isə aradan uzun illər sonra, 2002-ci ildə təyin edilib.
Автомобиль российского посольства, попавший под обстрел американцев. Багдад, 2003 год
Nəhayət, diplomatlar müntəzəm olaraq təsadüfi güllənin qurbanına da çevrilirlər. Əgər bulunduqları ölkələrdə daim hərbi konflikt varsa, bu, qaçılmazdır. 2003-cü ildə Rusiyanın İraqdakı səfirlik nümayəndəsi Bağdaddan çıxarkən amerikanlar tərəfindən güllələnib. Səfirlik maşınının üstünə Rusiyanın bayrağı sancılmasına baxmayaraq, 5 nəfər, o cümlədən də səfirin sürücüsü Vladimir Arxipov hadisə yerində güllələndi.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın