Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Deputatların qol saatları neçəyədir? – Özləri danışır…

Deputatların qol saatları neçəyədir? – Özləri danışır…

İmkanlı şəxslər təkcə dəbdəbəli həyatları, lüks maşınları, bahalı geyimləri ilə deyil, gözoxşayan brend qol saatları ilə də fərqlənməyə can atırlar. Sözsüz ki, tanınmışların istifadə etdiyi saatların qiyməti heç də ucuz olmur. Hətta elələri də var ki, qiyməti yüz minlərlə ölçülür.

Bəs, azərbaycanlı deputatların saatlarının qiyməti nə qədərdir? Onlar hansı markalara üstünlük verirlər?

AzVision.az bu suallarla deputatlara müraciət edib.

Millət vəkili Asim Mollazadə mütəmadi olaraq qol saatından istifadə edir, amma onun hansı brendə məxsus olmasına önəm vermir: “Saatın vaxtı dəqiq göstərməyini və düzgün işləməyini istəyirəm. Bahalı qol saatım yoxdur”.

Milli Məclis üzvü Elman Məmmədov qol saatından bir neçə il öncəyədək istifadə etdiyini deyib: “Elə də bahalı yox, sadə qol saatım olub. Mobil telefonlar çıxandan sonra isə qol saatından istifadə etmirəm. Telefonda saat olduğundan qol saatına ehtiyacım yoxdur”.

Deputat Qalib Salahzadə 40 ildir eyni qol saatından istifadə edir. “Saatın baha olması əhəmiyyətli deyil. Bu, saatım daha əzizdir və 40 ildir qolumdadır”.

Millət vəkili Vahid Əhmədov da qol saatının həvəskarı olmadığını deyib. O qol saatı ilə bərabər telefon saatından da istifadə edir: “Qol saatımın bahalı və yaxud da hansısa brendə məxsus olması mənim üçün əhəmiyyətli deyil. Əsas odur ki, vaxtı düzgün göstərsin”.

Deputat Tahir Rzayev üçün qol saatının qiyməti önəmli deyil, əsas yaxşı işləməyidir.

“Mənim üçün onun qiyməti vaxtın ölçüsüdür. Onun baha və ya brend olması yox, vaxtı dəqiq göstərməsi önəmlidir”.

T.Rzayev uzun müddətdir saatdan istifadə etmədiyini deyib: “Uzun müddətdir qol saatı bağlamıram. Daha çox gün ərzində mobil telefonun saatından yararlanıram. Ən vacib olanı isə vaxtın dəqiq olmasıdır. Kimsə bahalı qol saatı da taxa bilər. Hərənin öz şəxsi fikiri var. Amma mənim üçün ən qiymətlisi saatın vaxt ölçüsüdür”-deyə Milli Məclisin üzvü vurğulayıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın