Ana səhifə / Gündəm / “Dərman bazarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var” – Baş nazirin müavini

“Dərman bazarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var” – Baş nazirin müavini

Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.

APA-nın məlumatına görə, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

Ə. Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu qərara qədər dərmanlar maya dəyəri ilə müqayisədə baha satılırdı: “Bu da əhalinin büdcəsinə mənfi təsir göstərirdi. Qərarda sahibkarların da maraqları nəzərə alınıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var. Hökumətin qərarına bu cür sui-istifadə halları ilə kölgə salınmamalıdır”.

Ə. Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir: “Dərmanların keyfiyyətin yoxlanılması ən vacib məsələdir. Çünki dərmanların keyfiyyətini əhali özü yoxlaya bilmir”.

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. Ə. Əhmədov bu müəssisələrin nümayəndələrinə öz tövsiyələrini də verib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın