Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Dənizdə batan polisin ailəsindən – Reportaj + Video

Dənizdə batan polisin ailəsindən – Reportaj + Video

Bir neçə gündür ölkə mediasında, sosial şəbəkələrdə öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan, vətəndaşın xilas olması üçün öz həyatını qurban verən polis serjantı Zaur Nurəliyev barəsində danışılır. Zaur Nurəliyevin cənazəsi artıq Bakı şəhərindən ata-baba yurdu olan İsmayıllının Buynuz kəndində gətirilərək dəfn olunub. 
Zaur Zakir oğlu Nurəliyev 1988-ci ilin il noyabrın 19-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində doğulub. Qəsəbənin 270 saylı orta məktəbini əla qiymətlərlə başa vuran Zaur Nurəliyev Balıq Sənayesi Texnikumuna daxil olub. Həqiqi hərbi xidmətini ön başa vurduqdan sonra Zaur Nurəliyev daxili işlər orqanları sıralarına daxil olaraq xidmətə başlayıb.
Suraxanı rayon Polis Şöbəsinin Mühafizə bölməsinin polis serjantı kimi xidmət edən Zaur Nurəliyev iyulun 3-də saat 20:00 radələrində öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb.
Mərhumun həyat yoldaşının sözlərinə görə, boğulmaqda olan iki nəfərdən birini ölümün pəncəsindən qurtaran Zaur Nurəliyev onu sahilə çıxarıb və yenidən geri qayıdıb, ikinci şəxsin meyitini sahilə yaxınlaşdıra bilsə də, öz həyatını xilas edə bilməyib.
Hadisə yerinə gələn FHN xilasediciləri gecə saatlarında öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq öz yaxınlarına təhvil veriblər.
Yaxınları Zaur Nurəliyevin göstərdiyi şücaətə görə onunla fəxr etdiklərini və bunun gənclərə bir örnək olduğunu deyirlər.
Qeyd edək ki, Zaur Nurəliyev ötən ilin aprel ayında Yaqut Nurəliyeva ilə ailə həyatı qurub. Onlar bu ilin aprel ayında ailəyə sevinc gətirən övladlarına Fərid adını veriblər.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın