Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Çudo Peçka”nın sahibi işçilərinin maaşını vermir – Polisə müraciət olundu

“Çudo Peçka”nın sahibi işçilərinin maaşını vermir – Polisə müraciət olundu

Bakıdakı “Çudo Peçka” mağazalarından birinin işçiləri polisə şikayət edib.

Azinforum.Az – ın “Report”a istinadən xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

“Çudo Peçka” əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə “’Bakery Operating Compani’” MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın