Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Çudo-Peçka”lar bağlanır – Səbəb

“Çudo-Peçka”lar bağlanır – Səbəb

Bakıda “Çudo-Peçka” restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib.
 
Axar.az-a daxil olan məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir.
Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb.
Paytaxtın “Sahil” və “Neftçilər” metrostansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki “Çudo Peçka” rəqabətdə açıq-aşkar uduzmaqdadır.
Qeyd edək ki, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan “Çudo Peçka”nın alınması ilə uzun müddətdir bu müəssisələrin işində geriləmə müşahidə olunur. Bu durğunluq KFC restoranlarının açılması ilə daha da dərinləşib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Çudo Peçka MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın