Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Çovdarovun qurbanı olan məşhur müğənni Şəbnəm imiş…

Çovdarovun qurbanı olan məşhur müğənni Şəbnəm imiş…

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi məlum olub.

“ Azinforum.az ” xəbər verir ki, bu gün musavat.com-da saytında yayımlanan məlumatda məşhur xanım müğənnilərdən birinin qadın alveri ittihamı ilə MTN-ə aparıldığı qeyd olunub.

“ Azinforum.az ” həmin müğənninin kimliyini öyrənə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova).

Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.

Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.

Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın