Ana səhifə / Gündəm / Cavid Qurbanovun açıqlamasına görə cinayət işi açılmalıdır – İqtisadçı tələb edir

Cavid Qurbanovun açıqlamasına görə cinayət işi açılmalıdır – İqtisadçı tələb edir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, qurumun keçmiş sədri, hazırda Nəqliyyat nazirinin müavini vəzifəsinə çalışan Arif Əsgərov barəsində sərt ittihamlar səsləndirib.

Azinforum.az  xəbər verir ki, Cavid Qurbanov apa-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-də vəziyyətin son dərəcə acınacaqlı olmasından danışıb.

İş elə gətirdi ki, yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum: “10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”.

O əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”.

Azinforum.az  xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli Cavid Qurbanovun açıqlamasına münasibət bildirib.

İqtisadçının sözlərinə görə, Cavid Qurbanovun fikirləri çox ciddi bəyanatdır:”Hüquq-mühafizə orqanları bu sözlərdən sonra araşdırma, cinayət işi başlamalıdırlar. Əgər bu baş verməsə, deməli bu ölkədə korrupsiya və büdcə oğurluğunun adi hal olduğu bir daha təsdiqini tapacaq”.

Xatırladaq ki, Cavid Qurbanov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın