Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Cahangir Hacıyevin türmə həyatından xəbər var – Tualet növbəsində durur

Cahangir Hacıyevin türmə həyatından xəbər var – Tualet növbəsində durur

Bankirin pulları həbsxanada karına gəlmədi, ona “elit dustaq” olmaq imkanı verilmədi

Azinforum.az saytının baş redaktoru  Məhəmmədəli Qəribli hazırda həbsdə olan, 15 il cəza almış Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin türmə həyatı ilə bağlı maraqlı məlumat açıqlayıb. Onun facebook səhifəsində yazdığı status böyük rezonansa səbəb olub və əksər saytlar tərəfindən tirajlanıb. Həmin statusu biz də təqdim edirik:”Cinayət aləmindən uzaq olan bir tanışı başına gələn təsadüfi hadisə səbəbindən həbsxanaya düşüb və bu yaxınlarda azad edilib. Onunla görüşüb söhbət etdik. Dedi ki, 13 saylı “zon”dan buraxılıb. Tanınmışlardan kimin oralarda olduğunu soruşdum. Hazırda Qaradağ zonasında ən “populyar” dustağın Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev olduğunu bildirdi. Sabiq bankirin necə “srok” çəkdiyi ilə maraqlandım.

Cavab belə oldu: “Nə qədər çarpışsa da, ona imtiyazlı şərait yaradılmadı. 100 nəfərlik barakda qalır, qara paltar geyinir və hər gün mənimlə iki dəfə “razvoda” çıxırdı, hamı ilə birlikdə tualet növbəsinə dururdu”. Bəzən adama taladığı milyardlar da kömək etmir”.

Azinforum.az

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …