Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib –Tikili yarımçıq qaldı

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib –Tikili yarımçıq qaldı

Abşeron rayonunun Qobu qəsəbəsində inşasına 10 il əvvəl başlanan Fatimeyi Zəhra məscidinin tikintisi hələ də başa çatmayıb. 2 il öncə tikintisi dayanan məscid hələ də yarımçıq qalmaqdadır. Ərazisinə görə, respublikada ən böyük məscid olması nəzərdə tutulsa da, az sayda adam bu tikilinin varlığından xəbərdardır. Kifayət qədər geniş ərazisi olan məscidin həyətində 5 mədrəsədə tikilib. Buranın gələcəkdə elmi mərkəzin olması nəzərdə tutulub.Təqribən 2 hektara yaxın ərazini əhatə edən məscid bu gün nəzarətsiz qalıb.
Fatimeyi Zəhra məscidi Qobu qəsəbəsində, Yeni Məhəllə  adlanan ərazidə, magistral yolun kənarında tikilib. Məlumata görə, tikintiyə 2006-cı ildə başlanıb. Məscid qədim üslubda dizaynı və möhtəşəmliyi  ilə seçilir.
Tikintinin nə üçün yarımçıq dayandırılması ilə əlaqədar məscidin ətrafında yaşayan sakinlərdən məlumat almağa çalışdıq.
Adının çəkilməsini istəməyən Qobu sakini bildirdi ki, bu məscidin tikintisinə böyük bir layihə ilə başlanılıb və külli miqadrda vəsait xərclənib. Məscidin tikilməsi üçün Ərəbistandan mütəxəsislər dəvət olunub, eskiz layihəsi xüsusi sifarişlə Ərəbistandan gətirilib: “Bu məscidin tikilməsinə Xanım adlı qadın nəzarət edirdi. Tikilinin ərsəyə gəlməsində onun əvəzsiz xidməti olub. Deyilənə görə, məscidin maliyyəşdirilməsini Beynəlxalq  Bank həyata keçirilib. Sonradan Beynəlxalq  Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə Xanım arasında maliyyə məsələsinə görə mübahisə yaranıb və o, məscidin tikintisindən uzaqlaşdırılıb”.
Sakinlərin sözlərinə görə, həmin qadının Qobu qəsəbəsi üçün böyük xidmətləri olub. Qəsəbəsinin girişindən məscidə qədər magistral yola yeni asfalt örtüyü çəkdirib. Qobuda abadlıq və təmizlik işləri aparıb. Bu mübahisədən sonra isə Xanım Abşeron rayonundakı əmlaklarını satmalı olub və müflis duruma düşüb.
Məscidin tikintisinin dayandırılmasınının əsas səbəbinin maliyyə çatışmazlığı ilə bağlı olduğu bildirilir. İddialara görə, inşaat üçün ayrılmış külli miqdarda vəsait oğurlanıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb, tikinti yarımçıq qalıb.
Məscidin eskiz layihəsində tikilinin qarşısında 2 hektara yaxın ərazini əhatə edən həyətin olması göstərilsə də sonradan həmin torpaqlar satılıb və hazırda orada yaşayış evləri tikilib.
Məsələ ilə bağlı Beynəlxalq Bankdan münasibət öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq Xidmətdən məscidin tikintisi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparıb, informasiya verəcəklərini bildirdilər, ancaq iki gün ərzində oradan heç bir xəbər gəlmədi.
Qeyd edək ki, məscidin tikintisini “Azinqrup” MMC  həyata keçirib. Şirkətin saytında Fatimeyi Zəhra məscdinin tikilməsi haqqında məlumatlar və fotomaketlər də var. Hazırda iflas olmuş tikinti şirkətinin rəhbəri Mehdi Əliyevin Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin yaxın adamı olması barədə də məlumatlar var.
Bundan əlavə  M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsinə görə həbs olunub.
Mətbuatda yer alan məlumatlara görə, “Azinqrup” MMC hazırda həbsdə olan sabiq bank rəhbəri C.Hacıyevə məxsus olub.(musavat.com)









Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın