Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Cəbhədə şəhid veririk, əyləncə mərkəzlərimizdə isə çal-çağırdır – BİABIRÇILIQ

Cəbhədə şəhid veririk, əyləncə mərkəzlərimizdə isə çal-çağırdır – BİABIRÇILIQ

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu torpaqlarımız uğrunda şəhid verməkdə davam edir. Amma paytaxt restoranları, əyləncə mərkəzləri, bir sözlə şou-biznes əhli çal-çağırla məşğuldur.
Publika.az paytaxtın ən prestijli restoran və şadlıq evləri ilə əlaqə saxlayıb. Bəlli olub ki, cəbhə xəbərləri həmin əyləncə mərkəzlərinin iş qrafikinə qətiyyən təsir göstərməyib. Hər axşam şou-proqramlar davam etdirilir.
“Oazis” restoranından bildirdilər ki, dünən olduğu kimi bu axşam da əyləncə proqramı təqdim edəcəklər. Şou-proqramda xalq artisti Səməd Səmədov, Niyam Səlami, Elariz Məmmədoğlu və digər müğənnilərin iştirak edəcəklər.
“Ay işığı” restoranından da şou proqramlarında dəyişiklik edilmədiyini bildiriblər: “Hər gecə olduğu kimi bu gecə də əyləncəmiz davam edəcək. Amma şou-proqramda kimlər iştirak edəcəksə, bunu axşam saat  5-də müəyyənləşdirəcəyik. Bu, sifarişlərdən asılı olacaq”.
“Niaqara” restoranından bildirdilər ki, dünən gecə şou-proqram təqdim olunub, bu axşam da davam edəcək: “Adətən proqram sifariş əsasında müğənniləri dəvət edir. Axşam saat 6-da daha dəqiq məlumat verə bilərik. Amma bizdə əsasən Niyam Səlami, Samira, Rəhim Rəhimli çıxış edir”.
“Flominqo” restoranında da dünən çal-çağır olduğu deyildi. Bu axşam da əyləncə davam edəcək. Amma hansı müğənnilərin çıxış edəcəyi sifariş əsasında axşam saat 5-6-da bilinəcək”.
“Meridian” restoranından da eyni cavabı eşitdik. “Cəbhədə baş verən hadisələr, şəhidlərimizin itkisi şou proqramları təxirə salmayacaq ki?” sualımıza aldığımız cavab belə oldu: “Yox, indiyə qədər salınmayıbsa, indən belə də salınmayacaq. Şükür Allaha, torpaqlarımızı geri alırıq”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın