Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Bu qayda pozuntularına görə sürücülərə MMX protokol yazılacaq – TAM SİYAHI

Bu qayda pozuntularına görə sürücülərə MMX protokol yazılacaq – TAM SİYAHI

«Təhlükəsiz şəhər» kameraları və «İ-patrul» sistemi olan DYP maşınları bu qayda pozuntularını qeydə ala bilər
Yeni İnzibati Xətalar Məcəlləsi sürücülər tərəfindən törədilən və elektron protokolla rəsmiləşdirilən qayda pozuntularının dairəsini bir qədər dəyişib. Yeni Məcəllədəyə əsasən, elektron protokol (MMX protokol) sürücünün törətdiyi aşağıdakı qayda pozuntuları ilə əlaqədar tərtib oluna bilər. Avtosfer.az həmin xətaların tam siyahısını təqdim edir:
327.1-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni;
– yol nişanlarının və ya yolların hərəkət hissəsinə çəkilmiş nişanlanma xətlərinin tələblərinə riayət edilməməsi;
– nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarının pozulması;
– araməsafəsinə dair qaydaların pozulması;
– yedəyə alma qaydalarının pozulması;
– yükdaşıma qaydalarının pozulması;
– sürmə təlimi keçmə qaydalarının pozulması;
– yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması;
– əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının pozulması;
– əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması;
– səkilərlə hərəkət edilməsi;
– “Yol hərəkəti haqqında” qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi;
– sürücü tərəfindən nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması;
327.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
– svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi;
– 3.1 “Giriş qadağandır” yol nişanının tələblinin pozulması;
– sərnişindaşıma qaydalarının pozulması;
– əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması;
– əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması;
– yolayrıcını keçmə qaydalarının pozulması;
– ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması;
– 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə.
327.3-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
– dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması;
– müvafiq icra hakimiyyəti orqanı əməkdaşının (polisin) nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi.
327.4-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
– birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə;
– 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə.
327.5-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
– avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi;
– avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi;
– avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda geriyə dönmə;
– avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda geriyə hərəkət etmə;
– avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda sürmə təlimi keçmə.
328-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni yolda müəyyən edilmiş hərəkət sürəti həddini:
– 10-20 km/saat həddində aşma;
– 21-40 km/saat həddində aşma;
– 41-60 km/saat həddində aşma;
– 61 km/saat və daha artıq aşma.
329.1-ci maddədə nəzərdə tutulan qayda pozuntusu, yəni
– təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə.
329.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
– motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə;
– motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşıma.
330-cu maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni sürücü tərəfindən:
– nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi;
– yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsi.
346.3-cü maddədə nəzərdə tutulan qayda pozuntusı, yəni;
– ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma.
469.3-cü maddədə nəzərdə tutulan xəta, yəni;
“İcbari sığortalar haqqında” qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması.
Sadalanan qayda pozuntuları istər stasionar nəzarət kameraları (“Təhlükəsiz şəhər” kameraları), istərsə də “İ-Patrul” sistemi ilə təchiz edilmiş DYP avtomobillərinin kameraları vasitəsilə qeydə alına bilər. Onlar qeydə alındıqdan sonra Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sistemində avtomatik olaraq elektron protokollar tərtib olunur.

Ərşad Hüseynov,
hüquqşünas

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın