Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Bu qadağanın arxasında hansısa məmur dayanır” – Nazpəri

“Bu qadağanın arxasında hansısa məmur dayanır” – Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva jurnalistləri başına toplayıb mətbuat konfransı keçirdib.Moderator.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş görüşdə xalq artisti jurnailstlərlə öz fikirlərini bölüşüb:
“Mən üç ildir ki, qapalı həyat tərzi keçirdirdim. Susurdum, hər şeyə göz yumurdum. Məhkəmə mənim barəmdə ədalətsiz qaərar çıxartdı. Bundan başqa, televiziya kanallarının (ANS və Region TV – dən başqa) qoyduğu qadağa mənə çox pis təsir etdi. Mən hər zaman ölkəmi, Prezidentimi hər yerdə layiqincə təmsil etmişəm. Bu, mənə qarşı haqsızlıqdır”.
Əməkdaşımızın “Məsələnin əsl səbəbi barədə özlüyünüzdə düşünmüsünüzmü?” sualına Xalq artisti belə cavab verib:
“Nə baş verdiyini mən də anlamıram. Məsələ burasındadır ki, kanal rəhbərlərindən bu barədə soruşanda deyirlər ki, heç bir qadağadan söz gedə bilməz. Amma nəticə göz qabağındadır. Bu qadağanın səbəbi mənə məlum deyil. Özlüyümdə heç bir səbəb tapa bilmirəm. Ola bilər ki, bu qadağanın arxasında hansısa məmur dayanır”.
Xalq artisti yenilikləri barədə də danışıb. O, qeyd edib ki, paralel olaraq bir neçə layihə üzərində işləyir. Köhnə mahnılarını yeni oranjemanda dinləyicilərin ixtiyarına verəcəyini, Türkiyədə yeni bir layihəyə başlayacağını mətbuat nümayəndələrinin nəzərinə çatdırıb.
Ona da qeyd edək ki, Nazpəri Dostəliyeva məhz Türkiyədə həyata keçirdəcəyi layihəylə bağlı gələn ilin əvvələrində qardaş ölkəyə səfər edəcək və bir müddət orada yaşayacaq.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın