Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlandı

Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlandı

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında doğulan uşaqların sayı açıqlanıb.
Azinforum.az APA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov nazirliyin Kollegiya iclasında hesabat məruzəsində bildirib ki, 2017-cı ilin 6 ayı ərzində muxtar respublikada 2617 uşaq doğulub.
N. Novruzov bu ilin 6 ayı ərzində süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mamoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin diaskin test sınaqları, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik və endokrinoloji müayinələrin davam etdirildiyini də nəzərə çatdırıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın