Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / BSU-da Yaradıcılıq fakültəsi niyə bağlandı? – Dekan müavinindən sərt açıqlama

BSU-da Yaradıcılıq fakültəsi niyə bağlandı? – Dekan müavinindən sərt açıqlama

Bakı Slavyan Universitetinin yeni rəhbərliyi tərəfindən Yaradıcılıq fakültəsinin bağlanmasını yeni rəhbərlik qəbul məsələsində heç bir müraciətin daxil olmaması ilə izah edib.

Azinforum.az xəbər verir ki, bu barədə olke.az fakültənin dekan müavini Şəhla Aslanın mövqeyini öyrənib:

“BSU-nun yeni rəhbərliyi tərəfindən Yaradıcılıq fakültəsinin bağlanması qərarı məni heç də məyus etmədi, əksinə ədəbiyyata, istedadlı gənclərə qayğı göstərən insanlara hörmətimi bir daha artırdı. Bu yerdə «zər qədrini zərgər bilər” misalını çəkməkdən də vaz keçirəm. Qaldı ki, növbəti tədris ili üçün fakültəyə qəbulla bağlı müraciətlərə. Hörmətli prorektorun (red.: Telman Cəfərov) nəzərinə çatdırıram ki, fakültənin qəbul imtahanlarında iştirak etmək istəyənlərin uzun bir siyahısı var qarşımda. Bundan sonra olmasın Yaradıcılıq fakültəsi, olsun məsələn, Yaradıcılıq kursu. Mahiyyət dəyişmir; istedadlı insana dəstək!

Danılmaz faktdır ki, Yaradıcılıq fakültəsinin açılması yazarlara göstərilən qayğılar silsiləsinə akademik Kamal Abdulla tərəfindən əlavə olunan bir halqa idi. Burada dinləyicilər heç bir ali məktəbdə ala bilməyəcəyi filoloji bilgi, təcrübə və vərdişlər qazanmaq imkanlarına malik idilər. 2 il ərzində dinləyicilərin oxumaları üçün planlaşdırılan və Kamal Abdullanın şəxsən özünün tərtib etdiyi “Mərhələlər” adlandırdığı kitabların siyahısına baxmaq kifayətdir ki, fakültənin açılmasında nəzərdə tutulan məqsədin hərtərəfli, hazırlıqlı oxucu yetişdirmək olduğuna əmin olasan.

Yaradıcılıq fakültəsinin təsis olunmasının ilk vaxtlarından indiyə qədər Kamal Abdullanın dinləyicilərə bir tövsiyəsi olmuşdur ki, bizim məqsədimiz hazırlıqlı oxucu yetişdirməkdir.

Təbii ki, zamanla bu oxucuların arasından yaxşı naşir, şair və tənqidçilər öz-özündən ortaya çıxacaq. Bundan ötrü mümkün olan hər cür şərait yaradılmışdı; üzdə olan nasir, şair, filosof və tənqidçilərin mühazirələri, kitabxana və oxu zalı, nəşr olunan kitabların peşəkarlarla müzakirələri və.s kimi imkanlar yalnız onların təkmilləşməsinə xidmət edirdi.

Sevindirici hal odur ki, 2 il ərzində dinləyicilər ciddi qrafik üzrə kitablar oxudular (“Hophopnamə”ni əzbər bilməsələr də…), əsərlər təhlil olundu, imtahanlar götürüldü və nəticədə bu gün onlar özlərini yetkin ədəbiyyatsevər kimi hiss edirlər. Fakt faktlığında qalır.

Fakültə qısa zamanda böyük yol keçdi. Əgər əvvəlcə kitabı nəşr olunmuş gənc yazar Yaradıcılıq fakültəsində gələndən sonra həmin kitabdan imtina edibsə, yenə də Yaradıcılıq fakültəsi düz yolda olub! Əgər filologiya fakültəsini bitirib buraya gələn dinləyicilər etiraf edirlərsə ki, biz ədəbiyyatdan öyrəndiklərimizin çoxunu Yaradıcılıq fakültəsindən öyrəndik, deməli, fakültə düz yolda olub!

Və zamanla məzunların cəmiyyətdə tutduğu mövqe göstərəcək ki, Yaradıcılıq fakültəsi ədəbiyyat naminə atılan çox uğurlu addım olub!”.

Qeyd edək ki, bu ilin iyun ayında Bakı Slavyan Universitetinə Asif Hacıyevin yerinə Nurlana Əliyeva təyin edildikdən sonra universitetin adı mətbuatın gündəmindən düşmür.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın