Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / BŞDYPİ-də «Sərxoş sürücü» biznesi – ŞOK TƏFSİLAT

BŞDYPİ-də «Sərxoş sürücü» biznesi – ŞOK TƏFSİLAT

İl ərzində 10-12 min sərxoş sürücünün adı Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsində qeydiyyata alınsa da, idarənin sistemində onların cəmi 2000-3000 nəfərinin cərimələndiyi diqqəti çəkir

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) özbaşınalıq və qanunsuzluqların baş alıb getməsi adi şəkil alıb. Artıq iş o həddə çatıb ki, idarənin ayrı-ayrı şöbələrinin başında duran şəxslər özbaşına şəkildə reydlər keçirərək, pul qazanmağın asan yollarını tapıblar.
JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı isə üzə çıxan çox ilginc məqam sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin statistikası ilə bağlı olub. Araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlmək mümkündür ki, BŞDYPİ-də sözün həqiqi mənasında «sərxoş sürücü» biznesi mövcuddur və ortada külli miqdarda pulun qazanılmasının asan yolu diqqəti çəkir. Məsələnin detallarını diqqətinizə çatdıraq.
Qeyd edək ki, son dövrlər Bakıda içkli vəziyyətdə avtomobili idarə edən sürücülərin müəyyən edilməsi üçün mütəmadi olaraq reydlər keçirilir. Birmənalı olaraq bildirək ki, belə reydlərin keçirilməsi təqdir olunandır və mütləq reallaşmalıdır. Çünki ayıq olmayan sürücünün dəhşətli qəzalar törədə biləcəyi istisna deyil və əksər yol qəzalarının da səbəbi olaraq belə vəziyyətlər xüsusi diqqət çəkir. Lakin bu reydlər pul qazanmaq vasitəsi olaraq reallaşdırılmamaq şərtiylə.
JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, BŞDYPİ-də sərxoş sürücü biznesi mövcuddur və onun başında da elə idarənin məsul şəxsləri dayanır.
Bildirək ki, «sərxoş sürücü» biznesinin illik dövriyyəsi toplam 9-10 milyon manata yaxındır. İlk baxışdan bunun təəccüblü olduğunu düşünəcəksiniz. Amma rəqəmlərə diqqət yetirsək, hər şey gün kimi aydınlaşacaq. JAM.AZ məsələ ilə bağlı araşdırma apararkən ilk olaraq sərxoş sürücülərin qeydiyyatı aparılan məntəqəyə üz tutub. Respublika Narkoloji Mərkəzin Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsindən aldığımız məlumata görə, son 5 ay ərzində (iyun ayı istisna olmaqla) Bakı şəhərində BŞDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, məntəqəyə gətirilib, qeydiyyatı aparılan sürücülərin sayı toplam 5000 nəfərdən çoxdur. Nəzərinizə çatdıraq ki, bu kifayət qədər böyük rəqəmdir və belə halların mütəmadi şəkil alması kifayət qədər təhlükəlidir. Məntəqədən verilən məlumatlarda vurğulanır ki, ilboyu bu statistika üzrə rəqəm 10-12 min nəfər arasında dəyişir.
BŞDYPİ-nin sərxoş sürücülərin statistikası ilə bağlı indiyə qədər verdiyi açıqlamalara diqqət yetirək. İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun verdiyi açıqlamasına görə, 2015-ci ilin yanvarından 2016-cı ilin aprel ayı ərzində içkili vəziyyətdə saxlanılanq sürücülərin 150 nəfəri qadın olub. Kişi sürücülərin sayı barədə isə heç bir məlumat verilmir. Daha doğrusu, bu məsələ maksimum dərəcədə məxfi saxlanılır.
Ancaq Vaqif Əsədov hələ 2013-cü ilin yekunlarına dair verdiyi açıqlamasından belə başa düşmək olar ki, real rəqəmlərlə, faktiki vəziyyət tərs mütənasibdir. Məsələn, həmin açıqlamada vurğulanır ki, 2013-cü ilin əvvəlindən sonuna qədər Bakı şəhərində içkili vəziyyətdə avtomobili darə edən sürücülərin sayı 3000 nəfərdən çox olub. Elementar məntiqlə yanaşdıqda Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsinin verdiyi açıqlama ilə BŞDYPİ-nin açıqlaması arasında kəskin ziddiyyət yaranır. Və bu da səbəbsiz deyil.
İlk olaraq başlayan saxlanılan qadın sürücülərdən. JAM.AZ-ın araşdırması zamanı sərxoş vəziyyətdə saxlanılan qadın sürücülərinin böyük əksəriyyəti heç bir inzibati cəza tətbiq edilmədən sərbəst buraxılıblar. Yəni, onların maşınları ya bir tapşırığa, ya da ödənilən «şirinliyin» müqabilində cərimə yazılmadan cərimə meydançasından çıxarılıb. Elə kompyüter sisteminə də onlarla bağlı demək olar ki, heç bir qeyd aparılmayıb.
Kişi sürücülərə gəldikdə isə onların böyük əksəriyyəti pul qarşılığında sərbəst buraxılıblar. Keçirilən reydlər, çəkilişlərin aparılması da ucuz şoudan başqa bir şey deyil.
BŞDYPİ-nin rəsmiləri sərxoş vəziyyətdə saxlanılan sürücülərin sayı il boyu 10-12 min nəfər olursa, onların 3000 nəfəri qeydiyyata salınır. Bəs, yerdə qalanının aqibəti necə olur? JAM.AZ-ın bununla bağlı apardığı araşdırma zamanı bəlli olub ki, aradakı 7-9 min nəfərlik fərq BŞDYPİ-nin qazancıdır. Belə ki, içkili vəziyyətdə saxlanılan sürücülər idarəyə gətirildikdən sonra onlarla bağlı hər hansı bir protokol tərtib edilmir. Əgər «dumanlı başla» məsələni həll etmək mümkün olursa, bu zaman 1500 manatın «canı sağ olur». Ayıldıqdan sonra aparılan danışıqlar isə ən minimum şəkildə 800 manatla yekunlaşır. Təsəvvür edin, il ərzində 9000 sürücünün hər biri orta hesabla 1000 manat verərsə, bunun 9 milyon manat etdiyi adi hesablamadan bəlli olur. Bu qədər pulun kimə və necə getməsi isə ayrıca araşdırma mövcuzusudur. Və bununla bağlı geniş yazıyla yaxın günlərdə çıxış edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.

ANONS

– BŞDYPİ-də «Sərxoş sürücü» biznesi ideyası kimə məxsusdur?
-İdeya müəllifi ilə kim şərikli şəkildə bu işi həyata keçirir?
– Sərxoş vəziyyətdə məntəqəyə gətirilən sürücülərin qeydiyyatı aparılan zaman «hal şahidi» qismində kimlər çıxış edir?
– Adları olub, özləri olmayan «hal şahidləri» kimlərin qohumlarıdır?
– Dayanma-durmaya görə cərimə meydançalarına gətirilən avtomobillərə görə, 156 xidmətinə ödənilən pullar kimin cibinə gedir?
– 250 min manata bağ evi üçün qızıldan «besedka» düzəltdirən BŞDYPİ zabiti kimdir?
– Elbəy adlı dəmirçiyə Bakıda bütün imtiyazlar niyə və kim tərəfindən tanınıb?
– Kim səhər baxışı zamanı «Elbəyin maşınını saxlayan DYP işçisinin əlini kəsərəm» sözünü deyən rütbə sahibi kimdir?
Bu və digər maraqlı məlumatlarla yaxın günlərdə tanış olacaqsınız. Bizi izləyin…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın