Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Böhran yaşayan ölkədə nə qədər “iPhone” satılır?

Böhran yaşayan ölkədə nə qədər “iPhone” satılır?

Rusiyada artıq neçə ildir ki, iqtisadi böhran davam etməkdədir. Az qala bütün inkişaf etmiş ölkələrin tətbiq etdiyi iqtisadi sanksiyalar, neftin qiymətinin aşağı düşməsi və s. və i.a. – bütün bunlar rusiyalıların gəlirlərini azaldan və həyatlarını ağırlaşdıran obyektiv amillərdir. Bəs bu cür vəziyyətdə olan ölkədə dünyanın ən aparıcı və bahalı mobil telefonlarını istehsal edən “Apple” korporasiyasının işləri necə gedir?

Virtualaz.org Rusiyanın mobil telefon bazarında aparıcı mövqeləri tutan “Евросеть” mağazalar şəbəkəsinin analitik məlumatlarına istinadən xəbər verir ki, 2015-ci ildə bir il əvvəki göstəriciyə nisbətən satışlar 8,4% aşağı düşsə də, ötən il tam əks mənzərə müşahidə edilib. 2016-cı ilin aprel-iyun aylarında iPhone satışı 12% artıb, oktyabr ayında isə artım 23%-ə çatıb.

Qiymətlər isə elə də ucuz deyil. Məsələn, 32 GB yaddaşı olan “İphone 7” hazırda 57 min rubla (1600 manata) satılır. Nəzərə alaq ki, bu, yeni smartfonun ən ucuz versiyasıdır.

Son model iPhone Rusiyada satışa çıxarıldığı ilk gün ərzində 10 min ədəd satış qeydə alınıb. Dekabr ayının əvvəlində isə 92 min Rusiya sakinin cibində “iPhone 7” vardı.

Şirkətin analitikləri qeyd edirlər ki, rusiyalılar bu dövr ərzində heç də varlanmayıblar. Sadəcə olaraq, onlar artıq köhnə telefonlarını evdə xatirə olaraq saxlamır, yaxud dostlarına hədiyyə etmirlər – satıb yerinə yenisini alırlar.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın