Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Bizim bayram etməyə haqqımız yoxdur?” – Pensiyaçılar nazirliyə etiraz edir – FOTOLAR

“Bizim bayram etməyə haqqımız yoxdur?” – Pensiyaçılar nazirliyə etiraz edir – FOTOLAR

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi haqqında məlumat yayıb. 

Hər ay bu ərazilərdə qeydiyyatda olan təqaüdçülərin təqaüdü  ilk on günlükdə, digər rayonlar üzrə təqaüdlər isə növbəti on günlüklərdə ödənilir. Lakin bayramların təsadüf etdiyi aylarda pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl həyata keçirilir. 

Məsələn, ötən il may ayının 13 və 14-ü Ramazan bayramına təsadüf edildiyi üçün ölkə üzrə bütün təqaüdlər də bu tarixədək yekunlaşmışdı. Dəfələrlə Ramazan, Novruz, Qurban bayramlarında pensiyalar qrafikdən kənara çıxılaraq ödənilib. Bu il iyun ayının 9 və 10-u ölkəmizdə Qurban bayramı qeyd olunur. 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) təqüdün adıçəkilən ərazilər üzrə verilməsi haqqında məlumatı rəsmi sosial şəbəkə hesablarında paylaşıb. 

Paylaşıma rəy bildirən sosial şəbəkə istifadəçiləri Qurban bayramında bütün ölkə üzrə pensiyaların verilməsini tələb ediblər. Bölgələrdə yaşayan təqaüdçülər nazirliyin bayramı onlara şamil etmədiyindən gileyləniblər. Onların da bayram qeyd etmək haqlarının olduğunu bildiriblər. Lakin qurumdan bütün rəy və iradlara eyni qaydada, yəni pensiyaların müəyyən qrafiklə ödənildiyi cavabı verilib. 

Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili də Cebhe.info-ya açıqlamasında da təqaüdlərin qrafiklə verildiyini deyib. 

“Burada hər hansı bir gecikmə yoxdur. Qrafikə uyğun olaraq ödəniləcək və məlumat veriləcək. Digər rayonların qrafiki bayram gününə təsadüf etmir, qrafiki həminki vaxta təsadüf edir. Elə bir pozuntu olduqda (pensiyaların qrafikdən əvvək ödənilməsi nəzərdə tutulur-red.) öncədən məlumat verilir, olacaqsa, məlumat veriləcək”. 

Cebhe.info
 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …