Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Birinci-vitse prezidentin köməkçisi təyin olunan Elçin Əmirbəyov kimdir?

Birinci-vitse prezidentin köməkçisi təyin olunan Elçin Əmirbəyov kimdir?

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olunub.

“Qaynarinfo” xəbər verir ki, E.Əmirbəyov dünən prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, E.Əmirbəyov 2010-cu ildən 2017-ci ilə qədər Azərbaycanın Fransadakı səfiri kimi fəaliyyət göstərib.

E. Əmirbəyov barəsində internet resurslarında yayılan məlumatlarda bildirilir ki, o, Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.

Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın