Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Bir generalın manifesti: Novruzəli Orucovun qaranlıq keçmişindən bu günkü kreslo davasınadək…

Bir generalın manifesti: Novruzəli Orucovun qaranlıq keçmişindən bu günkü kreslo davasınadək…

Ölkədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar bir çox xidmət və qurumların ləğvi məsələsi gündəmdədir. Onlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də var. Məlumata görə, xidmətin Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı artıq danışıqlar başlayıb. Lakin hələ ki heç bir qurum bu məsələyə rəsmi münasibət bildirməyib.
Səfərbərlik xidmətinin nazirliyə birləşdirilməsinin nə dərəcədə real və düzgün addım olduğu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov cumhuriyyet.az-a bildirmişdi ki, ümumiyyətlə, bu qurumun yaradılmasına lüzum yox idi: “Fikrimcə, bu gün o boyda qurumun saxlanılmasına ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda xeyli sayda güc strukturları ixtisara salınmalıdır. Burada söhbət güc strukturlarında olan əlavə ştatlardan gedir. Azərbaycanda güc strukturlarının rəhbər şəxsləri şişirdilmiş ştatlarla işləməyə üstünlük verirlər. Bu da,heç də yaxşı hal deyil. Nə qədər ki, maliyyə imkanları çox idi, ştat sıxlığını hissi etmirdik. Təsəvvür edin ki, mərhum Heydər Əliyevin zamanında SHXÇDX yox idi. Bunun yerinə Respublika Hərbi Komissarlığı fəaliyyət göstərirdi. Bu komissarlıqda cəmi bir general vardı. Bu general da öz müavinləri ilə birgə işinin öhdəsindən layiqincə gəlirdi. Amma indi modernləşmiş və inkişaf etmiş Azrbaycanda SHXÇDX kimi balaca bir qurumda 3 general – General leytenant Arzu Rəhimov, onun müavini genral- mayor Novruzəli Orucov və o biri müavin də genral- mayor Abdullayev var. Buna nə ehtiyac var? Azərbaycan balaca ölkədir. O vaxtı bir qurumda 1, uzağı 2 general olurdu. Bu qədər generala ehtiyac yoxdur”. Bildirək ki, bu mövzu ilə bağlı “Arzu Rəhimovun fərari generalı haqda ilginc ittihamlar: “yaxşı oğlan” ola bilər, lakin…” başlıqlı yazımızda geniş bəhs etmişdik. Bu mövzunu sonradan media geniş şəkildə araşdırmış və xüsusilə yuxarıda adları çəkilən Novruzəli Orucovla bağlı ilginc məqamlar üzə çıxıb. İndi cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərində apardığımız araşdırmanı sizə təqdim edirik.

Fərarilik ittihamı

Bildirək ki, SHXÇDX rəisinin müavini Novruzəli Orucovun keçmişi ilə bağlı mətbuatda müxtəlif iddialar səsləndirilib. Bu iddialardan biri də general rütbəsində olan bir şəxsin döyüş yolu keçməməsidir. Belə ki, onun rəsmi tərcümeyi halında “Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak etməsi” göstərilsə də cumhuriyyet.az olaraq məlumatlandığımız mənbə bu faktın gerçək olmadığını bildirir: “Novruzəli Orucov Xarkov Ali Hərbi Tank Komandirləri məktəbini bitirib. Tankçıdır. Sovetlər dağıldıqdan sonra azərbaycana gələn bu şəxs cəbhə xəttində yox kabinetdə qərar tutub, bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Bundan sonra cəbhə xəttinə göndərilsə də o faktik olaraq səngər üzü görməyib. Qiyamçı Surər Hüseynovun fəal tərəfdarlarından olan Salyan rayon icra başçısı Vəliəhd adlı şəxsin dəstəyi ilə rayonun hərbi komissarı olub. Daha sonra Nəqliyyat Naziri Ziya Məmmədovun klanı sayəsində yüksəlib”.

Rəis olmaq istəyirdi, amma…

Qeyd edək ki, hələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılırkən Novruzəli Orucov bu quruma rəis gəlmək üçün əsas namizədlərdən biri və birincisi idi. Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi. Eyni zamanda Novruzəli Orucov Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini ala bilmişdi. Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, həl olunmuş məslə idi.
Lakin Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra, generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi xəyalı suya düşmüş oldu. Buna baxmayaraq himayədarları sayəsində Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisinin müavini postunu ala bildi. Bu postda uzun müddət kölgədə qalmasına baxmayaraq, yenidən aktivləşdiyi və General Vahid Əliyevin yardımı ilə Arzu Rəhimovu deyvirməyə çalışdığı bildirilir. Hətta bəzi məlumatlara əsasən Vahid Əliyevin köməkliyi ilə Arzu Rəhimovun prezidentin yanında etimadının sarsıdılması üçün Novruzəli Orucovun xüsusi dosye hazırladığı bildirilir.

Generalların kreslo davası

Yayılan məlumatlarda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində generalların savaşı başlayıb. Daha doğrusu köhnə savaş yenidən qızışıb. Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevdən dəstək alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orusov Xidmətin rəisi, general-leytnant Arzu Rəhimovu küncə sıxışdırıb.
Məlumata əsasən Arzu Rəhimov bu məsələdən xəbərdardır və ona xəyanət etmiş müavinin vəzifədən alınması üçün bütün imkanlarını səfərbər edib. Hətta mənbə bildirir ki, yaxın günlərdə Novruzəli Orucov və oğlanları ilə bağlı çox ciddi kompramatların mətbuata sızdırılması gözlənilir. Fərar general haqqında bu iəlumatların mətbuata sızdırılması yenidən onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsinə əngəl ola bilər. Çünki həmin məlumatlarda cinayət xarakterli məlumatların ola biləcəyi və bu məlumatların sübutunun olduğu istisna olunmur.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qalmaqallı generalı Novruzəli Orucovla bağlı cumhuriyyet.az olaraq araşdırmalarımızı davam etdirəcəyik:

– Biləsuvar rayonu ərazisindəki avtoqəzanın təfərrüatları;
– Qəza yerində olan xanımın kimliyi;
– Mövlam Şıxaliyevlə regional birliyin inkişafı;
– Avtomobillə adam öldürüb azadlıqda gəzən övladın polis sisteminə qayıdış cəhdi;
– Vahid Əliyevin adının hallandırılmasının gerçəklikləri;

Cumhuriyyet.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın