Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bayraq Meydanının həbsdə olan rəisinin də işində Eldar Mahmudov izi – 500 minlik rüşvət

Bayraq Meydanının həbsdə olan rəisinin də işində Eldar Mahmudov izi – 500 minlik rüşvət

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə  zərərçəkmiş şəxs qismində tanınan Zabil Salmanov ifadə verib.
Obyektinin satışı zamanı aldadılan Z.Salmanov ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirib.
R.Məmmədov və digərlərinin azadlığa buraxılmasını istəyən Z.Salmanov aralarında yaranan problemin artıq həll olunduğunu qeyd edib: “Aramızdakı problem obyektin alqı-satqısı zamanı yarandı. Gördüm ki, problem həll olunmur, hüquqi müstəvidə həll etmək qərarına gəldim. Əvvəlcə obyekti satmaq istəmirdim. Ancaq mənə qarşı təzyiqlər başladı. Konkret qiymət qoydular və razılaşmasam söküləcəyini dedilər. Həmin ərəfədə mənə müxtəlif instansiyalardan zənglər, basqılar olurdu. Mən obyekti 6 milyon 500 min manata satmaq istəyirdim”.
Z.Salmanov dedi ki, ona 4 milyon 700 min manat təklif olunub. Bundan başqa isə Hüseyn Cavid prospektində bir obyekt veriləcəyi vəd olunub.
Sonradan bununla razılaşan Z.Salmanov aldığı pulla borclarını bağlamaq istədiyini dedi: “Bu təkliflə razılaşdım. Borclarımı bağlayandan sonra qalan pula da obyekt alacaqdım. Dedikləri obyekt şəhər mərkəzi olduğu üçün razılaşdım. Rəşad Məmmədovu isə 9 ay sonra tanıdım”.
Daha sonra İ.İsfəndiyarovun vəkili İradə Cavadova Z.Salmanova sual verərək istintaq zamanı bir neçə şikayət ərizəsi yazmasının və MTN-də ondan 500 min tələb edilməsinin səbəbini soruşub.
Z.Salmanov “MTN hadisələri”ndən sonra prezidentə müraciət etdiyini və ondan da rüşvət tələb etməsi barədə məlumat verdiyini bildirdi: “Həmin hadisələrdən sonra mən ərizə yazdım və məsələni ictimailəşdirdim. Prezidentin saytına da şikayət məktubu yazmışdım. Heç kəs o zaman onlardan şikayət edə bilmirdi. Mən də bundan ehtiyatlanırdım”.
Məlumat üçün bildirək ki, Rəşad Məmmədov həbs edildikdən sonra onun vurduğu ziyan qardaşı tərəfindən ödənilib. Həmçinin Dənizkənarı Bulvar İdarəsinə dəymiş 254 min manat da.
R.Məmmədov sonuncu məhkəmə prosesində Z.Salamanovun obyektini şəxsən özü üçün aldığını demişdi. Həmin obyekt əvvəlcə Arzu Məmmədovun, sonra həyat yoldaşının, daha sonra isə qayınanasının adına keçirilib. Sabiq idarə rəsi bu obyekti övladlarının gələcəyini təmin etmək üçün aldığını söyləmişdi.
Məhkəmə prosesi iyunun 17-də davam etdiriləcək.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onlar dələduzluqda təqsurləndirilərək barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın