Ana səhifə / Gündəm / Baş Prokurorluq Lerikdəki dəhşətli olayla bağlı açıqlama yaydı – Təfərrüat

Baş Prokurorluq Lerikdəki dəhşətli olayla bağlı açıqlama yaydı – Təfərrüat

Mayın 28-də saat 04 radələrində bir neçə şəxs Lerik rayonunun Küsəkəran kənd sakini Rəfail İsiyevin evinə qanunsuz daxil olaraq ona bıçaqla xəsarət yetirməsiylə bağlı Baş Prokurorluq açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, R.İsiyevin ərizəsi əsasında Lerik Rayon Polis Şöbəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Küsəkəran kənd sakinləri Sulduz və Natiq Əliyevlər, Əlirza, Bəylər və Xanlar İsiyevlər Rəfail İsiyevin yaşadığı evə gələrək münaqişə zəminində ona və atası Hüseyn İsiyevə bıçaqla, həmçinin ağac parçası ilə xəsarətlər yetiriblər:

“Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Əliyev və Əlirza İsiyev təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilmiş və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”. 

Xatırladaq ki, hadisə zamanı Rəfail İsiyevin qulaqlarını təqsirləndirilən şəxslər kəsiblər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın