Ana səhifə / Gündəm / “Bank of Baku” müştəriləri necə aldadır? – İTTİHAM VAR

“Bank of Baku” müştəriləri necə aldadır? – İTTİHAM VAR

“Bank of Baku – Sizə Yaxın Bankçılıq”la bağlı redaksiyamıza növbəti şikayət məktubu daxil olub.

Pərviz Əzimov adlı marketoloq bildirir ki, xeyli zamandır “Bank of Baku – Sizə Yaxın Bankçılıq”ın debet kartından istifadə edirəm: “Bu kart vasitəsi ilə “Google Adwors” və “Facebook ads” kimi işlərin ödənişini edirəm.

Bu gün banka yazmışam ki, dollar hesablı kartıma AZN ilə 1000 dollar ekvivalentində pul qoymaq istəyirəm, hansı məzənnə ilə hesablanacaq? Operator xanım deyir ki, ümumiyyətlə dollar hesabına ancaq dollar ilə pul qoya bilərsiz.”

Pərviz Əzimovun sözlərinə görə, bu vaxta qədər karta pulu AZN ilə qoyurdum, bank konvertasiya edirdi: “İndi devalvasiya olub deyə dollar satışını necə dayandıra bilərlər? Rafiq Aliyev və Rza Zərrab kimi adamlar gəlib bank açır, sonra da kefi olmayanda deyir dollarla satışı dayandırıram. Elçin İsayevə buna görə güclü Bankir deyirdilər? Belə qərarlar verir deyə? Devalvasiya dövrü üçün bankın risk departamentinin heçmi plan analizi olmayıb?

Müştərini belə pis vəziyyətdə qoymaqmı olar? Bu mənim işimdir, Facebook-a, Google-ə ödənişlər etməklə məvaciblər alıram, şirkətlərin digital işlərini görürəm, indi bir bank necə məni işsiz qoya bilər?

Heç kartı açanda demirdi devalvsiya olsa ödənişi qəbul etməyəcəyik.”

“Bank of Baku”dan şikayətə rəsmi cavab öyrənmək istəsək də bu baş tutmadı.(qaynar.info)

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın