Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Bakının sürüşən ərazilərində ev tikənlər bunu bilirmi?

Bakının sürüşən ərazilərində ev tikənlər bunu bilirmi?

Bakı və Abşeron yarımadasında asılı vəziyyətdə olan əhəng daşı karnizinin yaxınlığında, hətta tam söykənəcəyində vətəndaşlar 3-4 mərtəbəli evlər tikdirirlər. Onlar fikirləşmirlər ki, aşınmaya məruz qalan yamaclar bir vaxt onlara da çatacaq.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, bu proses əyani olaraq Badamdar qəsəbəsi, 9-cu mikrorayon, Bakıxanov, Zığ, Yeni Günəşlidəki yamaclarda baş verir.

Baş geoloq qeyd edib ki, əhəng daşı horizontu bir müddət asılı karniz şəklində qalır və aşınma müəyyən həddə çatdıqda, boşluqlar dərinləşdikdə horizonta parçalanaraq yamac aşağı sürüşür: “Əhəng daşı blokları yamac istiqamətində irəliləyir və qarşısına çıxan obyektlərə ziyan verir”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın