Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakının mərkəzində təhlükəli hörümçəklər peyda olub

Bakının mərkəzində təhlükəli hörümçəklər peyda olub

Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb.

Oxu.az xəbər verir ki, bu barədə məlumat sosial istifadəçilər tərəfindən geniş müzakirə edilir.

Məlumatda deyilir ki, hörümçək-falanqalar Bakıda 17-19 iyun tarixlərində keçirilən “Formula-1” yarışlarından sonra öz yuvalarından çıxıblar.

Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir.

Bəzi internet istifadəçiləri şəhərdə gəzən falanqaların şəkillərini paylaşıblar.

Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından sayta bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb.

Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarının uzunluğu 5-7 sm-dir.

Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər.

Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın