Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakıda xəstəxanada hamilə öldü: Yaxınları tanınmış ginekoloqu döydü

Bakıda xəstəxanada hamilə öldü: Yaxınları tanınmış ginekoloqu döydü

Bakıda hamilə qadın ölüb. Oxu.Az-ın məlumatına görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb. Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.  Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …