Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ FAKTLAR – VİDEO

Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ FAKTLAR – VİDEO

Nigar Vahabovanın Rusiyada yaşayan atası onun dəfninə çata bilməyib 
Dünən Bakıda intihar edən 23 yaşlı Nigar Vahabovanın ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb.
O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün olmayıb. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.
Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın