Ana səhifə / Gündəm / Bakıda binalar zəlzələyə dözümlüdür? – Rəsmi açıqlama

Bakıda binalar zəlzələyə dözümlüdür? – Rəsmi açıqlama

Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür uzununa dərinlik qırılması olub.Qafqazinfo“nun məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçkirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.

Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib: “Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb zəlzələnin dərində baş verməsi olub. Zəlzələ nə qədər dərində olsa, güclü də olsa onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ 28 km dərinlikdə baş verib”.

Q.Yetirmişli əlavə edib ki, GPRS stansiyalarının sayı nə qədər çox olsa, bu zəlzələni elmi cəhətdən analiz etməyə imkan verir: “Belə olan halda təkanların sayı itirmir. Hazırda 35 online stansiya işləyir. Quru ərazidə 40 stansiyanın, dənizdə isə 10 stansiyanın quraşdırılması gələcək planlara daxil edilib. 2016- cı ildə seysmoloji ən aktiv bölgə Şamaxı-İsmayıllı bölgəsi olub.

Onun sözlərinə görə, Bakıda hündürmərtəbəli binalar, eləcə də digər sənaye əhəmiyyətli tikintilər aparılırsa, əvvəlcədən ərazinin seysmikliyini müəyyən etmək üçün təmsil etdiyi quruma müraciət olunur: “Biz rəy verdikdən sonra tikintiyə başlanılır. Qalan məsələlərə isə FHN-in tikintiyə nəzarət idarəsi tərəfindən nəzarət olunur. Ümumiyyətlə isə, binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir”.

***

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda ən aktiv zəlzələ zonaları Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir: “İndiyə kimi baş verən zəlzələrin hamısı zəif təkanlardır. Bir həftə bundan əvvəl Pirqulu ərazisində bir gündə 93 zəif təkanlar baş verib. Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir. Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələr baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada güclü təkanlar baş verir”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın