Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bakı yay vaxtına keçiddən “Formula-1”-ə görə imtina edib?

Bakı yay vaxtına keçiddən “Formula-1”-ə görə imtina edib?

Rəsmi Bakı yay vaxtına keçiddən insanların səhhətilə bağlı qayğıya görə yox, Formula-1 və 24 saatlıq Ie-Man yarışlarına görə imtina edib. Turan agentliyi Beynəlxalq Avtoidman Federasiyasının (FIA) tələblərinin öyrənilməsi zamanı bu nəticəyə gəlib.

Məsələ bundadır ki, FIA Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar Bakıdan tələb edib ki, yarışların başlanması Le-Man-da (Parisin 200 km. qərbində yerləşir) keçirilən 24 saatlıq avtomarafonun başa çatması ilə üst-üstə düşməsin, həmçinin start Günəşin batmasına 4 saat qalmış verilsin.

İş burasındadır ki, 24 saatlıq mötəbər Le-Man yarışı iyunun 19-da Paris vaxtı ilə saat 15:00-da başa çatır. Bakı yarısı isə 18:00-da start götürür. Vaxt fərqi 3 saatdır. Belə olan halda Fransada finiş və Bakıda start üst-üstə düşə bilərdi. Hər iki ölkə yay-qış vaxtına keçən ölkələr sırasındadır. Bakı yay vaxtına keçiddən imtina etməklə Formula-1 yarışlarına yerli vaxtla saat 18:00-da, Paris vaxtı ilə saat 16:00-da, yəni Le-Manda marafonunun bitməsindən 1 saat əvvəl start vermiş olur. Bununla da FIA-nı şərtlərinə əməl etmiş olur.

Onu da nəzərə almaq lazımdır ki, Bakıda Formula-1 yarışları minimum 5 il nəzərdə tutulub, odur ki, yay vaxtından imtina labüd idi.

Yay vaxtına keçidə gəlincə, bu, gün işığının 1 saat uzanması ilə əlaqədar uzun iş saatlarından sonra dincəlmək baxımından əlverişli idi.

virtualaz.org

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın