Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakı meri milyonları necə yeyir? – Dəlil-sübut…

Bakı meri milyonları necə yeyir? – Dəlil-sübut…

2016-cı ildə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki qurumların sifarişlərini həyata keçirən əsas şirkətlərdən biri kimi “Kontakt-F” MMC-nin adı gözə çarpır.

Bu, Qaynarinfo.Az-ın apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, BŞİH-in Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iki mühüm sifarişini məhz adıçəkilən şirkət həyata keçirib.

Bərk inventarların satın alınması ilə bağlı ümumi dəyəri 1 919 954,87 manat dəyərində olan dövlət satınalmasının həvalə edildiyi sözügedən şirkət, həmçinin adıçəkilən qurumun “digər alış və xidmətlər üzrə” ümumi dəyəri 2 049 999,58 manatlıq satınalmasını da əldə edib.

Maraqlıdır ki, BŞİH-in Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət satınalmaları da “Kontakt-F” MMC vasitəsilə aparılır. Belə ki:

– ümumi dəyəri 83 987,5 manat olan xüsusi geyimlərin satın alınması;
– ümumi dəyəri 114 583,25 manat olan mal-materialların satın alınması;
– ümumi dəyəri 1 984 978,45 manat olan yumşaq inventarların satın alınması ilə bağlı tenderlərin qalibi kimi məhz “Kontakt-F”in adı elan edilib.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin tenderlərində də adıçəkilən şirkət ön plandadır. Məsələn:

– Mal-materialların satın alınması – 71 840 manat;
– Xüsusi geyimlərin satın alınması – 65 687,5 manat.

BŞİH-in Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əsas dövlət satınalmaları ilə bağlı da sözügedən şirkətin adı keçir:

– İdarənin xərcləri üzrə satınalma – 1 645 748,34 manat;
– Dəftərxana və təsərrüfat mallarının satın alınması – 813 649,41 manat;
– Digər maşın və avadanlıqların satın alınması – 2 368 956,2 manat;
– Sair xərclər üzrə satınalma – 347 9971,98 manat;
– Avadanlıqların satın alınması – 861456,64.

Həmçinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin avadanlıqların və mal-materialların satınalması ilə bağlı iki ayrı-ayrı tenderinin (birincinin dəyəri 162 min, digərinin dəyəri isə 85 min 255 manatdır) qalibi olan “Kontakt-F” MMC-nin meriyanın tabeliyindəki qurumların ümumi məbləği bir neçə manatla ifadə olunan çoxsaylı tenderlərində qalib olması maraq doğurur.

Ən maraqlısı isə dövlət satınalmalarında böyük çəkisi olan bu şirkətlə bağlı internet resurslarında demək olar, heç bir bilgiyə rastlanmamasıdır. Şirkətin nəinki öz rəsmi saytı yoxdur, üstəlik, onun adı ilə bağlı hər hansı məlumatla qarşılaşmaq mümkün deyil.
Qaynarinfo.Az-ın araşdırmasına görə, “Kontakt-F” MMC bir sıra dövlət qurumlarının da iri məbləğlərlə ifadə edilən satınalmalarını həyata keçirir. Bu sırada xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Əmək və Əhalinin nSosdial Müdafiəsi Nazirliyinin mərkəzi və regional qurumlarının keçirdikləri tenderleri qeyd etməyə dəyər.

Ümumilikdə təkcə builki dövlət satınalmaları ilə bağlı üst-üstə on milyonlarla manatlıq sifarişi qazanan bir şirkətin internet resursunun olmaması, eyni zamanda adı ilə bağlı hər hansı bilgiyə rastlanmaması suallar yaradır. Ən azı ona görə ki, biz yeni texnologiyalar çağında yaşayırıq və müasir dünyada elektron informasiya bazasına malik olmaq peşəkarlıqla bərabər, həm də şəffaflığın əsas göstəricilərindən sayılır.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın