Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakı küçələrində ayaqüstü qumarxana: “Ağlın varsa, oynama…” – FOTOLAR, VİDEO

Bakı küçələrində ayaqüstü qumarxana: “Ağlın varsa, oynama…” – FOTOLAR, VİDEO

Son günlər Bakıda loto-qumarxanalar, kazino kimi fəaliyyət göstərən obyektlər çoxalıb. 9 ildən sonra yenidən kazino oyunları gündəmdədir. Qanunla qadağan olunsa da, qumarxanalar paytaxtın mərkəzi küçələrində açıq-aşkar fəaliyyət göstərirlər.  
Bəs görəsən, qanunla fəaliyyət göstərən “Azərlotereya” ASC-nin satığı bilet oyunlarının gizlində fəaliyyət göstərən loto-qumarxanalardan nə kimi fərqi var? Ümumi götürəndə oxşar və fərqli cəhətər olsa da, oyunun sonunda hər ikisi eyni cür nəticələnir. İnsanlar bir neçə dəqiqədə yüzlərlə manat pul uduzurlar.
Televiziya kanallarında canlı yayımla həftənin 3 günü lotereya oyunları keçirilir. Tirajda avtomobil, mənzil, iri və xırda pul uduşları olur. Biletin bir ədədi isə 1 manatdır. Bir insan maksimum 1 və ya 5 ədəd bilet alır. Uduzanda isə cəmi 4-5 manat pul itirir. Növbəti dəfə oynamaq üçün isə gələn həftənin eyni gününü gözləməli olur. Yəni, bu oyunlar insanları müflis etmir, daha çox əyləncə və maraq yaradır.
Lakin “Azərlotereya”nın “Qoşa şans” adlı lotereya bileti digərlərindən fərqlənir. Adam bu oyunda bir neçə dəqiqə ərzində 100-150 manat pul uduza bilər. Qanunla icazəli olsa da, oyun yüzlərlə adamı mədəni şəkildə “soyur”. Varlanmaq niyyəti ilə gələnlər isə təbii ki, kasıb sinfin nümayəndələridir.
 “Neftçilər” metrostansiyasının ətrafında, əhalinin sıx toplaşdığı yerlərdə fəaliyyət göstərən bilet satıcılarına rast gəlinir. “Şansını sına, səndə qazan” kimi şirnikləşdirici sözlərlə ətrafdakıları cəlb etməyə çalışırlar. Bir qədər yaxınlaşıb, oyunun gedişini izləyirik. Oyunun qaydası çox sadə və gəlirlidir.
Biletin üzərində qapalı olan rəqəmləri silirsən və aşağıdakı xanalardakı rəqəmlərlə tutuşdurursan. Əgər istənilən xanadakı hər hansı eyni rəqəmlə uyğun gələrsə, bilet uduşlu sayılır. Əks halda 15-20 saniyə içərisində 2 manat uduzursan. Bileti alıb, pozmaq cəmi yarım dəqiqə çəkir. Şansını yoxlayanlardan bir neçə dəqiqə ərazində 50 və 200 manat uduzanlar da oldu. Biletin uduşu isə 2 manatdan, 50.000 manata qədərdir.
 
Cibinin son manatını da bu oyunda uduzan gənclə söhbət etdik. Deyir ki, belə oyunlarda bəxti gətirsə də, bu dəfə uduzub: “Qoşa Şans” lotereyasını çoxdandır ki, oynayıram. Bir dəfə 50 manat udmuşdum. Qalan vaxtlarda isə 2-3 manat udmuşam. İçimdə bir hiss var ki, 50000 manatı udacam. Hər dəfə işdən çıxandan sonra oyanıram”.
 
“Bəs nə qədər uduzmusan” sualına isə gülərək, cavab verdi: “Çox… Udduğumdan çox, uduzmuşam”.
Lotereya satan şəxs isə bildirdi ki, biz heç kimi məcbur etmirik: “Digər biletlər kimi bu bilet də satılır. Gün ərazində yüzlərlə adam alır. Oyunun nəticəsi tez bəlli olduğu üçün elə burada oynanılır. Çox sadədir. Alırsan və pozursan. Bu oyunda çox udanlar olub. Əgər uduşlar böyük məbləğdə olarsa, “Azərlotereya”ya müraciət edilir. Mən 2000 manata qədər olan uduşu qəbul edə bilirəm. Oyunda isə heç kimi məcbur etmirik. Ağlın varsa, oynama…”
Müşahidə etdiyimiz maraqlı bir məqam da odur ki, lotereya bileti alan şəxslər Allahın və müqəddəslərin adını çəkərək, onu yoxlayırlar.
 







Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın