Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bakı Gənclər Mərkəzi “Hərbi Qənimətlər Parkı”na ziyarət edib – VİDEO

Bakı Gənclər Mərkəzi “Hərbi Qənimətlər Parkı”na ziyarət edib – VİDEO

15 aprel 2021-ci il tarixində Bakı Gənclər Mərkəzi əməkdaşları və könüllüləri 12 Aprel tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən açılışı olduğu “Hərbi Qənimətlər Parkı”nda olublar. Gənclərimiz 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən ələ keçirdiyi bütün hərbi qənimətlərlə tanış olublar. Ordumuzun güc və əzmini bir daha göstərən “Hərbi Qənimətlər Parkı”ndan qürurverici təəssüratlarla ayrılan gənclər, Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” siyasətilə qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu vurğuladılar. “Hərbi Qənimətlər Parkı”na səfər gənclərin məlumatlandırılması və xatirə fotolarının çəkilməsi ilə davam etdi.Videonu izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …