Ana səhifə / Gündəm / Bərdədə və Yevlaxda qanunsuz ət sallaqxanaları, ölmüş heyvan kəsilir, əti satılır

Bərdədə və Yevlaxda qanunsuz ət sallaqxanaları, ölmüş heyvan kəsilir, əti satılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında, eləcə də Bakıda fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlanması və satışı məntəqələrində reydlər keçirilib. Yevlaxda keçirilmiş reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.

Bu barədə virtualaz.org saytına Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, evin həyətində olan Nizami Kərimova məxsus VAZ-2106 markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub. Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində salmonella typhi murium; (BÇQB), bağırsaq çöpləri qrupu bakteriyalar aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrinin keyfiyyətsiz olması, heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, nümunələrin 2-nin at, 4-nün isə iribuynuzlu heyvan əti və baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub. Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində və daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə götürülən ət nümunələrinin və daxili orqanın iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Həmçinin Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunub.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın