Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / “AzerGold”un yeni sədri – Zakir İbrahimov kimdir?

“AzerGold”un yeni sədri – Zakir İbrahimov kimdir?

Azərbaycan Prezidenti İlham Əliyev Zakir İbrahimovun “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. İnternet portallarının və sosial şəbəkələrin Azərbaycan seqmentinin qısaca təhlili onu deməyə əsas verir ki, bu təyinat cəmiyyət tərəfində böyük maraqla qarşılanıb. Təyinatla bağlı xəbərlərdə dərc olunan şəkillərdən Zakir İbrahimovun yeni nəslin nümayəndəsi olması bu marağı yaradan əsas amillərdəndir.

Müşahidəçilərin diqqətindən yayınmır ki, Azərbaycan Prezidenti İlham Əliyev təcrübəli kadrları hakim elitanın ən müxtəlif ranqlarında saxlamaqla yanaşı, idarəçilik sisteminin gəncləşməsinə xüsusi önəm verir.
1976-cı ildə doğulmuş Mikayıl Cabbarovun, 1977-ci il təvəllüdlü Ramin Quluzadənin timsalında 40 yaş həddində olan fiqurların nazir postuna gətirilməsini, yenə də 1977-ci ildə dünyaya gəlmiş Tahir Mirkişilinin timsalında Azərbaycan parlamentində son dərəcə intellektual bir simanın yer almasını xatırlamaq kifayətdir.
Zakir İbrahimov da eyni yaş nəslinin nümayəndəsidir- o, 1974-cü ildə Bakı şəhərində anadan olub. İnternetdəki peşəkarlar haqqında məlumat bazalarına nəzər yetirdikdə onun yetərincə savadlı və öz sahəsində uğur qazanmış bir kadr olduğunu görmək mümkündür. Həmin məlumatlara görə, Zakir İbrahimov ilk ali təhsilini hüquq ixtisası üzrə Rusiyada- Leninqrad Dövlət Universitetində alıb, 1996-cı ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub.
Zakir İbrahimovun fərdi bacarıqları arasında layihə menecerliyi, strateji inkişaf, marketinq və ixrac təşviqatı, maliyyə planlaması və nəzarət, tender təkliflərinin hazırlanması, insan resurslarının idarə edilməsi kimi müasir tələbatlara cavab verən qabiliyyətlər ön plana çıxır.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin karyerası ilə bağlı məlumatlarda onun öz üzərində işləyən və əməkdən, zəhmətdən çəkinməyən bir insan olması da dərhal özünü biruzə verir. Belə ki Zakir İbrahimov hələ “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutmazdan öncə (2009) müxtəlif şirkətlərdə önəmli görəvlər yerinə yetirib və pillə-pillə yuksəlib. Buna misal olaraq onun 1998-ci ildə “Azpetrol” şirkətində hüquqşünas kimi fəaliyətə başlamasını, karyerasında müxtəlif irəliləmələr edərək 2005-2006-cı illərdə şirkətin Moldova təmsilçi olmağa qədər yüksəlməsini göstərmək mümkündür. Görünür elə bu səbəbdən də işgüzar dairələrdə və xarici biznes jurnallarında Zakir İbrahimovun adından hörmətlə bəhs edilir.
Zakir İbrahimovun adı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumlar üçün də yad deyil. Bir ara TACIS proqramında (Müstəqil Dövlətlər Cəmiyyətlərinə Texniki yardım) təmsil olunan cənab İbrahimov gənclərin inteqrasiya prosesi ilə bağlı layihələrdə də fəal iştirak edib.
Onun daha öncə sədr olduğu Cəmiyyətə gəlincə, “Təmiz Şəhər” ASC “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Xatırladaq ki, “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması “Təmiz Şəhər” ASC-nin deyil, Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətindədir.
Bütün bu məlumatlardan sonra bu qənaətə gəlmək olar ki, Zakir İbrahimov peşəkar və müsbət reputasiyalı fiqurlardan olmaqla yeni postda Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Buna böyük ümidlər bəsləyərək “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədrinə uğurlar arzu edirik.
Tezis.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın