Ana səhifə / Gündəm / “Azercell”-dən jurnalistlərə qarşı – ŞOK FIRILDAQ – FOTO

“Azercell”-dən jurnalistlərə qarşı – ŞOK FIRILDAQ – FOTO

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ərəfəsində “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.

Azinforum.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, “Azercell Telekom” MMC tərəfindən sözügedən cihazı hədiyyə alan jurnalistlərin bir çoxunun adına 50 manata yaxın borcu olması barədə poçtla bildiriş göndərilib. Bildirişdə borcun yaranması cihazdakı internetin bağlanılmaması ilə əsaslandırılır. Halbuki, jurnalistlərə sözügedən cihaz hədiyyə edilərkən adlarına borc gəlməyəcəyi və üç aylıq pulsuz internet istifadə edildikdən sonra cihazın avtomatik bağlanılacağı söylənilib.

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefonlarımıza cavab verən olmayıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_11haka.jpg

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın