Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Azəryolservis”in əməkdaşı “ASAN kommunal”ın işini iflic edir

“Azəryolservis”in əməkdaşı “ASAN kommunal”ın işini iflic edir

“Tikinti işlərinə dair sənədləri ”vahid pəncərə” prinsipi əsasında aldığımdan məmurun tələb etdiyi 5 min manatı vermədim, o isə mülkiyyətimi dağıtdı”
Ölkədəki məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biri olaraq qalır. Vətəndaş Mətləb Hacıbaba oğlu Nəsibov da məmur özbaşınalığı ilə üz-üzədir. M.Nəsibov bildirir ki, xüsusi mülkiyyətində olan Binəqədi rayonu, S.S.Axundov küçəsi 457 B ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə aidiyyəti təşkilatların müvafiq razılıqları əsasında şəxsi vəsaiti hesabına kanalizasiya xətti çəkdirib. Bu il martın 23-də “Azəravtoyol” ASC-nin tabeliyində olan “Yolların Mühafizəsi Xidməti”nin Binəqədi rayon bölməsinin rəisi Elşad adlı şəxs xüsusi mülkiyyət sahibinə heç bir məlumat verilmədən şəxsən özü həmin ünvanda əvvəlcədən çəkilmiş kanalizasiya borularını yerdən qazaraq çıxardıb, onları tamamilə yararsız vəziyyətə gətirib.
Mülkiyyət sahibinə isə mesaj yollayıblar ki, “get, kimə istəyirsən, de”.
M.Nəsibov baş verən özbaşınalıqla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Həmin müraciətində şikayətçi yazır: “Bildirmək istəyirəm ki, faktla bağlı Elşad adlı şəxsə tərəfimdən hərəkətlərinin qanunsuz və əsassız olması barədə etiraz edilib. Onun hərəkətləri korrupsiya halı kimi qiymətləndiriliməlidir. Belə ki, bu işlərin hamısını ”vahid pəncərə” prinsipi əsasında “ASAN Kommunal” Mərkəzində keçirdiyimdən onun məndən tələb etdiyi 5 min manat məbləğində pulu vermədim və bu cür qanunsuzluqlar törətdi. 24 mart 2017-ci ildə yenidən həmin ərazidə boru xətlərini əvvəlki yerində bərpa etdikdə, Elşad adlı həmin şəxs yenidən qanunsuz əməllərini davam etdirərək, heç bir rəsmi bildiriş və xəbərdarlıq etmədən kanalizasiya borularını sındırdı. Mənə təkrarən maddi zərər vurdu. Bu arada asayişi bərpa etməyə çalışan polis əməkdaşlarının gözləri qarşısında cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirdi, qərəzli şəkildə vəzifə səlahiyyətlərini aşdı, qulluq funksiyasına aid olmadan qanunsuz hərəkətlərini davam etdirdi. Bu halla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik. Sınıdırılmış kanalizasiya borularından axan çirkab sularının Binəqədi Polis İdarsinin də istifadəsində olan yeganə yola axmasına səbəb olub. Bildirmək istəyirəm ki, ölkə başçısının müvafiq sərəncamları ilə sahibkarlıq subyektlərinə qarşı aparılan qanunsuz yoxlamaların ləğv edildiyi dövrdə, bu yaxınlarda açılışını qeyd etdiyi “ASAN Kommunal” xidmətlərinin fəaliyyətində biz sahibkarların maneəsiz yararlanmağı nədənsə özləri kiçik, istəkləri isə böyük olan, səlahiyyət hədlərini və qulluq funksiyalarını unudan Elşad kimi “məmur”ların aparılan bu islahatlara məqsədli şəkildə kölgə salması və onların əməllərinin cəzasız qalması, yuxarıda qeyd etdiyim kimi, prezident İlham Əliyevin sərəncamına biganəlik kimi qiymətləndirilir”.

musavat.com

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın