Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Azərbaycanın İstanbul Baş Konsulluğu Bursada “bazar” açıb” – ŞİKAYƏT

“Azərbaycanın İstanbul Baş Konsulluğu Bursada “bazar” açıb” – ŞİKAYƏT

Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində korrupsiya, rüşvət və süründürməçilik hallarının olması barədə çox yazılıb. Hətta bu faktlar zaman-zaman Hesablama Palatasının hesabatlarında da əksini tapıb. Xarici İşlər Nazirliyi bununla əlaqədar tədbirlər görəcəyini bəyan etsə də, problem yenə də qalmaqdadır.

Elə Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda da bu cür haların baş verdiyi iddia olunur.
Adının çəkilməsini istəməyən oxucularımızdan birinin “AzPolitika.info” ya göndərdiyi şikayət məktubunda bildirilir ki, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun əməkdaşları Bursada “bazar” açıb: “Sizə göndərdiyimiz şəkillərə və videolara baxın, zəhmət olmasa. Baş Konsulluq “xidmət haqqı” adını qoyaraq, Bursada rüsumlardan əlavə pul yığır. Bunu da dövlət rüsumu kimi təqdim edib, insanları adadırlar”.

Məktubda bildirilir ki, vətəndaşlardan sənədlərin leqallaşması üçün 50 dollar rüsum nəzərdə tutulduğu halda, əlavə 10 dollar da tələb olunur. Subaylıq haqqında arayışın verilməsi üçün 30 dollar dövlət rüsumu nəzərdə tulsa da, sorgu göndərmək adı ilə 30 dollar da əlavə tələb edilir: “Burda “bazar” açıb özlərinə pul yığırlar. Bu hala Türkiyənin digər şəhərlərində də rast gəlinir. Hər bir duyarlı vətəndaş buna etirazını bildirməlidir. Xahiş edirəm bu məsləni işıqlandırasınız ki, tədbir görülsün”.

Yazıda qeyd olunan iddialala bağlı Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun da mövqeyini işıqlandırmağa hazırıq.

2kon1kon
3 kon

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …