Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Azərbaycanda Yeni İli qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

Azərbaycanda Yeni İli qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

Azərbaycanın regionlarındakı lüks hotelər və turizm obyektləri Yeni İl şənlikləri üçün qiymətləri açıqlayıblar. Qiymətlərlə ilkin tanışlaq göstərir ki, son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, gəlirlərin azalması iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər Yeni İl şənliklərinə qətiyən təsir etməyib. Belə ki, 2016-cı ili qarşılamaq qiymətləri əvvəlki kimi çox yüksəkdir. Amma maraqlıdır ki, bu qiymətlər sifarişçiləri qorxutmayıb – bəzi hotellərdə Yeni İl şənliklərinə biletlər artıq satılıb qurtarıb. Qeyd edək ki, bu il yeni il şənliyi təşkil olunan hotellər daha çox Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən hotellərdir.
Qəbələ hotelləri

Qəbələ Azərbaycanın ən çox hotel olan bölgəsi olsa da, burada Yeni İl Şənliyi üçün yer tapmaq çətin olacaq. Belə ki, rayondakı “Qafqaz Riverside Hotel”, “Qafqaz Tufandağ”, “Qafqaz Sport Hotel”, “Qafqaz Resort” da Yeni İl şənliyi üçün yerlər tamamilə tutulub. Məlumat üçün deyək ki, həmin otellərdə iki nəfər üçün minimum iki gecə qalmaqla səhər yeməyi və yeni il şənliyi daxil olmaqla, qiymətlər 420-480 manat arasında idi.
“Qafqaz Karvansaray Hotel”

Qəbələdə hələ də reservasiya etdirə biləcəyiniz yeni il şənliyi olan yalnız bir hotel qalıb. Bu, “Qafqaz Karvansaray Hotel”idir. Bu hoteldə də eyni şərtlərlə iki nəfərlik qiymət 410 manatdır. Yeni İl günləri Qəbələdə daha iki hoteldə qalmaq olar, lakin orda yeni il şənliyi təşkil olunmayacaq. Bunlar “Qafqaz Yeddi Gözəl” və “Qafqaz Termal Hotel and Spa”dır. Bu hotellərdə bir adamın səhər yeməyi daxil olmaqla bir gecəlik qalmağı üçün qiymətlər 70 və 80 manatdır.
Qusar hotelləri

Qış turizmi üçün ölkədaxili məşhur məkanlardan biri də Qusarda, Şahdağda yerləşən hotellərdir. Burada istirahət edə biləcəyiniz 4 hotel var. Amma bu hotellərin birində – məşhur “Şahdağ”da yerlər artıq tutulub. Qeyd edək ki, bu hoteldə Yeni ili qarşılamaq müştərilərə 940 manata başa gələcəkdi. Bura dekabrın 30-dan yanvarın 4-dək “Şahdağ”da gecələmək, gündə iki dəfə yemək və Yeni İl gecəsi Qala Şam yeməyi daxildir. Doğrudur, həmin müddət ərzində hoteldə gündə iki dəfə yemək daxil olmaqla, 2 nəfərlik istirahət paketinin qiyməti 240 manatdır. Amma bir şərtlə ki, 31 dekabr gününü oteldə olmayasınız. Üstəlik, bura Yeni İl gecəsində təşkil olunan Qala Şam yeməyi də aid deyil. Qısası, bütün bu şərtləri nəzərə alsaq, oteldə boş yerlərin qalmamasına təəssüflənməyinə dəyməz.
“Zirvə Hoteli”

Eyni bölgədə yerləşən “Zirvə Hoteli”ndə dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla, 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır. Bu paketə dekabrın 31-i daxil deyil, yəni həmin gün böyük qala yeməyində və yeni il şənliyində iştirak edə bilməzsiniz. Ayrıca yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 340 manatdır, lakin bir günlük paket almaq hotel tərəfindən qadağan olunub. Nəticədə, Yeni İli hoteldə keçirmək istəyənlər 3 gecəlik istirahət paketi almalıdırlar. Bütün bunları nəzərdə tutan tap mpaketin qiyməti 720 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.
“Pik Palace” hoteli

Qusarın digər məşhur hotellərindən birində – “Pik Palace”də istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz. Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. İstirahətinizi yeni il ərəfəsinə salsanız, yeni il şənliyində də iştirak etmək üçün yeni il paketini almalısınız, paketin qiyməti bir nəfər üçün 370 manatdır. Qeyd olunan 282 manat balkonsuz otaqlar tutulduğundan siz gecəsi 302 manat olan balkonlu oraqları götürə bilərsiniz. Ümumi hesablasaq hazırda burada ən aşağı qiymət 3 gecə qalmaqla və yeni il şənliyi ilə birlikdə iki nəfər üçün 1586 manatdır. Şənliyə Tünzalə Ağayevanın solo konserti, Jazzberry Musiqi Qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasia Feldmanın çıxışları daxildir.
“Park Chalet”

Qusarda yerləşən “Park Chalet” sırf dağ hoteli stilində tikilmiş isitrahət mərkəzidir. İsti tonlarda dizayn edilmiş taxta otaqlar bu hoteli eyni regionda yerləşən digərlər hotellərdən fərqləndirir. Buda iki nəfərlik otaqlar 250 manatdan başlayır, burda da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Səhər yeməyi də daxildir. Yeni il şənliyində iştirak etmək üçün əlavə olaraq 170 manat ödəməlisiniz. Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. Qeyd edək ki, 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidirlər. Hotellə razılaşdırılmış şəkildə burada da 3 gecə qalmaq mümkündür, ümumi hesablasaq yeni şənliyi ilə birlikdə paket 1090 manata başa gəlir.
“Quba Rixos”

Şimal bölgəsinin digər dəbdəbəli hoteli “Quba Rixos” hazırda sosial şəbəkələrdə Yeni İl şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir. Hotel elan edib ki, dekabrın 1-nə qədər olan alışlarda 20% endirim olacaq. Ayın 1-dən sonra isə qiymətlər artacaq. Bütün məsələləri – həm hoteldə gecələmə, həm, qidalanma, həm də Yeni İl şənliyini nəzərə alanda 2 nəfər üçün minimum 3 gecəlik Yeni İl paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.
“Samaxi Palace Sharadil”

“Samaxi Palace Sharadil”də yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz. Bu hoteldə qalacağınız günlərin sayı artarsa otaqların qiyməti düşür. Məsələn bir gecəlik qiymət 368 manatdırsa, 3 gecə qalarsa, gecəsinə 270 manat, 4 gecə qalarsa, 240 manat, 5 gecəyə isə 210 manat hesablanıb. Səhər və axşam yeməyi daxil, həmçinin Yeni İl şənliyi daxil olmaqlar iki nəfər üçün iki gecəlik ümumi qiymət1096 manata başa gələcək.
Şəki «Hotel Servis»

Yuxarıdakı qiymətləri görüb ruhdan düşənlər Yeni İli şŞəkidə qarşılaya bilərlər. Turizm.az şirkəti müştəriləri üçün Şəkidə yerləşən “Hotel Servis”də nəqliyyat, ekskursiyalar, tam qidalanma və yeni şənliyi daxil olmaqla 3 günlük tur təşkil olunub. Turun qiyməti bir nəfər üçün 155 manatdır.
Xatırladaq ki, Fins.az saytında “Yeni İli harada qarşılayacaqsını?” mövzusunda sorğu keçirilir. Sorğuda iştirak etmək üçün buraya keçin.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın