Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Azərbaycanda “Petya” virusu təhlükəsi varmı? – RƏSMİ CAVAB

Azərbaycanda “Petya” virusu təhlükəsi varmı? – RƏSMİ CAVAB

Azərbaycan dövlət strukturlarından “Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.

Bu barədə özəl olaraq Trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış “WannaCry” virusu kimi yayılır:

“Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus, həmçinin elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.

Qeyd edək ki, “Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın