Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Azərbaycanda kriminal olayların və silahlanmanın artmasının səbəbləri

Azərbaycanda kriminal olayların və silahlanmanın artmasının səbəbləri

Bakıda son bir həftə ərzində iki dəfə silahlı insident yaşandı.

Birincisi “Bravo” supermarketdə. Elə həmin gün hadisəni törədənlərlə polis arasında atışma… Və dünən yenə eyni hal.

İnsanları ən çox düşündürən şey silahların haradan, necə əldə olunmasıdır. Müharibə şəraitində yaşayan ölkələrdə ən asan əldə edilə bilən şeylərdən biri də silahdır. Azərbaycanda Birici Qarabağ müharibəsindən qalma silahlar mövcud idi. Düzdür, onların bir hissəsi dolayı yollarla dövlətə təslim edildi. Harasa qoyulub, polisə məlumat verilirdi. Xüsusilə müharibəyə qədərki cəbhəyanı ərazilərdə bu hala daha çox rast gəlinirdi.

44 günlük müharibə ilə ölkədə silahlanma baş verdi. Müharibədən dərhal sonra yazılarımda qeyd etmişdim ki, erməni hərbçilərinin üzərindən götürülən, xüsusilə tapançalar 150-200 manatdan satılır. Həmin vaxt ən çox Beyləqan və Füzuli istiqamətində tapança alveri baş verirdi. Yeri gəlmişkən, müharibə zamanı erməni hərbçiləri üzərindən götürülmüş hər cür silahların foto və videolarını gördük, ancaq tapançalara rast gəlmədik. Bununla yanaşı, erməni hərbçiləri üzərindən götürülmüş və yaxud atıb qaçdıqları çoxlu sayda silahın “klyonka”lanaraq basdırıldığı barədə də məlumatlar elə müharibə gedən zaman da yayılmışdı.

Bakıda baş verən məlum hadisələrə görə müxtəlif iddialar ortaya atılıb. Hesab edirəm ki, iddiaları araşdırmaqdansa, silahların mənşəyini araşdırmaq daha yaxşı olar. Bundan əlavə, kriminallığa meyillilik və bunun səbəbləri də ciddi şəkildə öyrənilməlidir.

Müharibələrdən sonra bütün cəmiyyətlərdə kriminallığın səviyyəsi həmişə artıb. ABŞ kimi inkişaf etmiş ölkə belə Vyetnam sindromunu yaşayıb. Əfqanıstan müharibəsindən sonra indiki Rusiyada reketçilik pik həddini görürdü. Təsadüfi deyildi ki, kriminal aləmdə olanların böyük hissəsi məhz müharibə iştirakçıları idi.

Azərbaycanda bu cür məsələ, demək olar ki, yaşanmırdı. Misal üçün, başqa ölkələrdə etiraz edən müharibə iştirakçıları hansısa şəxslərdən və qurumlardan qısas alırdısa, Azərbaycanda özlərini yandırmağa üstünlük verirlər.

Bu qədər travmalı vətəndaşı olan ölkədə cəmiyyətlə düzgün şəkildə işlənməlidir.

Hansı ölkə olmasından asılı olmayaraq, siyasi proseslər baş vermirsə, onun yerini ya din, ya da kriminallıq alır.

Azərbaycan da bu yöndə addımlamaqdadır…

Səxavət Məmməd

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …