Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Azərbaycanda bir uşaq neçəyə başa gəlir? – ARAŞDIRMA

Azərbaycanda bir uşaq neçəyə başa gəlir? – ARAŞDIRMA

Qarabağ cəbhəsində durum, daxili siyasətə baxış, ailədə uşağa sərf edilən xərclər, məmur yalançılığı bu günkü medianın aparıcı mövzusudur…

“Exo” qəzeti “Azərbaycanda uşaqlar anadan olandan 6 yaşına kimi “ neçə”yə başa gəlir” sərlövhəli məqalədə uşağa çəkilən xərclər araşdırılır.

Uşaqların doğulmasını hər bir insanın həyatında mühüm hadisə sayan müəllif 2015-ci ildə baş verən manatın iki devalvasiyadan sonra uşaq xərclərinin son iki ildə 2 dəfə artdığını bildirir.

Məqalədə deyilir ki, iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanda hələ də çoxuşaqlı ailələrə rast gəlmək olar. Amma müəllif burada başqa bir problem də görür:

“Belə təəssürat yaranır ki, dövlət əlindən gələni edir ki, onların sayı azalsın və belə bir durumda tezliklə azərbaycanlı ailəsində bir uşağın olması təmtəraq sayılacaq”.

Anadan olduqdan 6 yaşına qədər uşaqların xərcləri 2 dəfə artaraq 10 min manatdan 20 min manata yüksəlib. Bunu qəzetə ekspert Nəriman Ağayev bildirir.

“Bu məbləğə doğuş xərcləri, daha sonra uşağın sağlamlıq, qidalanma, geyim, xərcləri daxil edilib. Dayəyə, özəl bağçaya aid xərclər bura daxil deyil. Çünki, ölkə vətəndaşlarının çox az hissəsi bu xərcləri özünə rəva bilir”.

 

Ukraynada məktəbli forması, 31 avqust 2016

Ekspert deyir ki, bu rəqəm az xərclərlə 20 min manat təşkil edir.

Ekspertə görə, uşaq məktəbə getdikdə bu xərclər bir az da artır. Məktəbə gedən uşağın il ərzində xərcləri 1500-2000 manat həcmində olur.

Ekspert deyir ki, yuxarı siniflərə çatdıqca aylıq xərclər daha da artmağa başlayır, 9 aylıq xərclər 5000-5500 manat arasında olur.

Ekspert Seyfəl Əliyevə görə, uşağın həyatında elə dövrlər olur ki, valideynlər bütün gəlirlərini bu xərclərə yönəldir:

“Ən böyük maliyyə yükü uşaq yuxarı siniflərdə oxuduğu və ali məktəbə hazırlaşdığı dövrə təsadüf edir. Repetitorların qiymətləri 100 manatdan başlayır, bəziləri isə 200 manat tələb edir. Uşaq 5 fənn üzrə hazırlaşırsa bu il ərzində 500-1000 manat arasında vəsait deməkdir”.

S.Əliyev deyir ki, əvvəlki illərdə bəziləri məhz bu səbəb üzündən kredit götürürdülər. Elələri var ki, hələ də bu krediti ödəyə bilməyib, indi isə kredit götürmək faktiki mümkün deyil.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın