Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Azərbaycanda benzinin keyfiyyəti necədir?

Azərbaycanda benzinin keyfiyyəti necədir?

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov benzinin qiymətinin qalxmasından sonra onun keyfiyyətində hansı dəyişikliklərin baş verməsindən danışıb.  

“Qafqazinfo” xəbər verir ki, R. Həsənov jurnalistlərə açıqlamasında deyib ki, benzinin keyfiyyət məsələsi ilə bağlı çoxlu şikayətlər Komitəyə daxil olmur:

“Təbii ki ara- sıra şikayətlər olur. Biz şikayətləri araşdırırıq. Bu da texniki səhvlərdən irəli gəlir. Bizdə benzinlər” Avro 4″ standartlarına uyğun olaraq idxal olunur. Həmin benzini də köhnə istehsal edilən avtomobillərə vurarkən müəyyən problemlər yaradır. Ancaq real problem bu sahədə yoxdur”.

Komitə sədri həmçinin saxta məktəbli formalarına qarşı aparılan mübarizə tədbirlərindən də danışıb. O qeyd edib ki, hazırda yoxlamalara moratorium qoyulub:

“Bunun səbəbini də bilirsiniz. Bu tam düzgün bir qərar idi. Bundan istifadə edən ” iş adamları” olacaqdır. Ancaq böyük sayda pozğunluq müşahidə etmirik. Təbii ki, biz bazardan məhsulları alıb onu yoxlayırıq. Bu sahədə böyük problemin olması barədə məlumatım yoxdur”.

Komitə sədri otellərlə bağlı yeni standartların olacağına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu sahədə texniki komitə yaradılıb. Və komitə çox aktiv iştirak edir. Komitə üzvləri bu sahədə yeni standartlar hazırlayır və onların qəbul olunması gözlənilir. Turizm sahəsində olan xidmətlərin sertifikatlaşdırılmasına da ehtiyac var. Xidmətin səviyyəsinin artırılması ilə bağlı standartlar qəbul olunacaq”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın