Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Azəravtoyol”: “Heykəli ona görə dağıtmışıq ki…”

“Azəravtoyol”: “Heykəli ona görə dağıtmışıq ki…”

Mikayıl Müşfiqin dağıdılan heykəlininin müəllifi heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.

Virtualaz.org xatırladır ki, 1929-cu ildə anadan olan M. Rzayeva qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək 100-dək heykəl yaradıb. Bunların içərisində Sevil Qazıyevın borelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin heykəlini (qırmızı qranit, 1970), prof. Mehdixan Vəkilovun heykəli (2-ci Fəxri xiyabanda, 1976), Əlibala Şirinovun heykəli (2-ci Fəxri xiyabanda, 197.), Yeseninin heykəlini (1977), Ayna Sultanovanın heykəlini (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.

Bundan başqa heykəltaraş Gəncədə Məhzəti Gəncəvinin (bürünc, 1983), Nigar Rəfibəylinin (bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989, F.Əliyevlə birgə) heykəllərini yaradıb.

Onun sonuncu işlərindən biri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlükdəki “Heydər Zirvəsinə” bərkidilən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin tunc barelyefi olub. Heykəltəraş 2004-cu ildə Bakıda vəfat edib.

*   *   *13:13

“Statistika dairəsi”ndə Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla yenidən əlaqə saxladıq. Az əvvəl heykəlin dağıdılmasından hiddətlənən və bununla bağlı virtualaz.org-u özü məlumatlandıran Zakir müəllim bu dəfə daha ehtiyatla danışdı.

“Heykəl dağıdılıbsa, onu necə bərpa etmək olar?” sualına cavab olaraq xidmət rəisi bunları dedi:

“Əlbəttə, heykəli bərpa etmək mümkündür. “Azəravtoyol” ASC-nin rəhbəri mənimlə əlaqə saxladı. O dedi ki, heykəl başqa yerdə qoyulacaq, yəni bərpa edəcəklər. Mən də elə sizin qədər bilirəm. Gördüklərim də sizdə var”, – deyə Z. Sultanov bildirdi.

*   *   *12:47

Virtualaz.org görkəmli şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” kimi tanınan ərazidə yerləşən heykəlinə qarşı bu vandalizm əməli ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq “Azəravtoyol” rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

“Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq”-Anar Nəcəfli deyib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri bunu da deyib ki, birazdan heykəlin fotosunu yayımlayacaq və onun dağıdılmadığını əyani təsdiq edəcək. Hərçənd ki, yayılan fotoya əsasən şairin heykəlinin postamenti dağıdılıb, barelyef götürülüb , başqa sözlə, heykəltaraşın yaratdığı əsər korlanıb. Hansı ki, heykəltaraş gənc yaşlarında Stalin repressiyasının qurbanı olan şairi qaya parçasının üzərində həkk etmişdi , indi isə ona qarşı ikinci dəfə repressiyaya yol verildi. Ola bilsin heykəlin baş hissəsi doğrudan da dağıdılmayıb, ancaq sual yaranır:  bəyəm “Azəravtoyol” rəhbərliyi həm də heykəltaraşlıqla məşğul olur ki,  dağıdılan heykəli əvvəlki formasında bərpa edə biləcək?

A.Nəcəfli onu da deyib ki, Mədəniyyət Nazirliyinin heykəlin dağıdılmasına görə onları məhkəməyə verməyə hazırlaşmasından narahat deyillər. “Onların öz işidir”-“Azəravtoyol” rəsmisi deyib.

 

*   *   *12:14

“Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıdıb.

Bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, – deyə o vurğulayıb.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın