Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Astara gömrükxanasında vətəndaşı yumruqladılar – ŞİKAYƏT VAR

Astara gömrükxanasında vətəndaşı yumruqladılar – ŞİKAYƏT VAR

DİA.AZ: – Cəlilabad sakini gömrük işçisinin fiziki zorakılığına məruz qaldığını iddia edir Astara sərhəd-keçid məntəqəsində vətəndaşlara qarşı gömrük işçilərinin pis rəftarı ilə bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur.

DİA.AZ bildirir ki, növbəti belə şikayət Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Alışov Həsən Xalıq oğlundan gəlib.

Vətəndaş bildirir ki, ayın əvvəlində İrandan gündəlik təlabat malları alıb geri qayıdanda Astaradakı sərhəd-keçid məntəqəsində xoşagəlməz halla üzləşib.

Onun sözlərinə görə, məntəqədə İsrafil adlı gömrük işçisi qeyri-etik davranmaqla yanaşı, ona qarşı fiziki güc də təbiq edib.

Mübahisə isə Həsən Alışovun gətirdiyi, ümumi çəkisi 6 kiloqrama yaxın olan ərzaqla bağlı olub: “Gömrük rəsmisi qeyri-qanuni olaraq ərzağın müəyyən hissəsini müsadirə edərək məndən aldı. Buna etiraz etdikdə isə İsarfil yaxınlaşaraq, sinəmə zərbə endirdi.”

Baş verənlərlə bağlı Cəlilabad sakini bir neçə dövlət qurumuna şikayət ərzəsi ilə müraciət edib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın