Ana səhifə / Gündəm / Aslan İsmayılovu Heydər Oğuzun cəddi tutub?

Aslan İsmayılovu Heydər Oğuzun cəddi tutub?

Blogger Aslan İsmayılov (hüquqşunas – M.Q.) yazıb ki, ona cinayət işi qaldırılandan sonra, hər gün  “Feysbuq”dakı səhifəsini 50 nəfər tərk edir. Maraqlıdır ki, o, bunu insanların qorxaq olması ilə izah edir. Şəxsən mən bu əsaslandırmanı məntiqi saymıram. Çünki Aslan İsmayılova qarşı hansısa təzyiqlərin olmasının (özünün dediyi kimi- M.Q.) səhifəni izləyənlərə nə aidiyyəti ola bilər ki? Əksinə,  indiki azərbycanlı  proseslərin içində olmamaqla kənardan durub şou seyr etməyi daha çox sevir. Maşallah da, Aslan İsmayılov hər gün bir- iki tanınmış persona ilə höccətləşməklə daima ucuz şou və sensasiyalar yaratmaqda mahirdi. Ən azından onun son bir illik aktiv fəaliyyətini yaxından izləyən adam kimi bunu söyləməyə əlimdə əsasım var.

Məhz catana bir çamur atmağın nəticəsidir ki, Aslan İsmayılovun da ünvanına cavablar verilir, onun apardığı “mübarizənin” nədən ibarət olduğuna tam çılpaqlığı  ilə aydınlıq gətirilir. İnsafən deyim ki, mən Aslan İsmayılovun ünvanına təhqirlərin səsləndiyini də görümüşəm və həmin mübarizə üsulunu təqdir etmirəm, əksinə pisləyirəm. Ancaq gəlin görək, Aslan İsmayılov yalnız onu təhqir edənlərləmi mübarizə aparır? Xeyr, bizim sevimli bloggerimiz onu tənqid edənlərə də düşmən və qənim kəsilir. Alternativ fikiri eşitməklə bağlı qətiyyən tolerant deyil. Media üzərindən kişik bir araşdırma aparsanız Aslan bəyin  hazırda nə qədər tanınmış jurnalistlə münasibətlərinin düşmənçilik həddində olduğunu görərsiniz.

Axı, ola bilməz ki, bu konfliktlərin hamısında Aslan İsmayılov birmənalı olaraq haqqlı , digərləri isə günahkar olsun. Şəxsən mən indiyə kimi Aslan İsmaylovun bir stəkan da olsun çayını  içməmişəm.
Əksinə, mübarizəsinin bəzi periodlarında ona təmannasız informasiya dəstəyi vermişəm. Sonu nə oldu? Aslan İsmayılovun fikirlərinə alternativ fikirlərə yer verməyimiz bizi də onun hədəfinə tuş gətirdi. Bəzi KİV-lərdə əsassız yerə adımızı hallandırmağa başladı və layiqli də cavabını aldı. Qeyd edim ki, biz heç vaxt Aslan müəllimin şəxsiyyəti, doğmaları barədə təhqiredici ifadələri dərc etməişik. Hədəfimizdə onun ictimai-siyasi və ən çox da hüquqşunas fəaliyyəti olub. Ancaq görünən budur ki, o, bunu da istəmir. Aslan İsmayılovun düşancəsində yaxşı jurnalist onun söylədiyi fikirlərə birmənalı şəkildə AMİN deyənlərdi.

Düzü, bu mövzuya heç toxunmaq da istəmirdim. Ancaq Aslan bəyin səhifəsində gördüyüm iki fikir məni bu kiçik yazını  yazmağa məcbur etdi. Gördüm ki, Aslan İsmayılov səhifəsində tanınmış jurnalist Heydər Oğuzu da düşməniləri sırasına aid edib və sonra da səhifəsini tərk edənlərin çoxalmasından gileylənir. Birincisi, yəqin Aslan İsmayılov bilmir ki, Heydər Oğuz həm də ağır seyiddir. Bir sözlə,  dərviş kimi bir adamdır. Saflıq, səmimiyyət Heydər Oğuzun xarakterinə, boyuna  biçilib. Belə adama çamur atmaq ilk növbədə Allah-Təalanın da xoşuna getməz, hətta Uca Tanrı adamı buna görə  cəzalandıra  da bilər. Aslan bəy,  əminəm ki, ə papağınızı qoyu qarşınıza qoyub yaxşı fikirləşsəniz onda insanların sizdən niyə uzaqlaşmasına doğru cavabı taparsınız.

Mən burda iki səbəb görürəm: ilahi ədalət və sizin apardığınız mübarizələrin çoxunda ümumi deyil, korporativ maraqların daha çox olması. Unutmayın ki, yalnız özünü, mənfəətini, rifahını düşünəndən və bunu müxtəlif adlarla pərdələməyə çalışandan heç vaxt qəhrəman ola bilməz. Yadıma düşmüşkən bunu da deyim ki, Aslan İsmayılov məni də “Feysbuq” dostluğundan çıxarıb…

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …