Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / “Asılan Səddam Hüseyn deyildi, o, həyatdadır” – SENSASİYA…

“Asılan Səddam Hüseyn deyildi, o, həyatdadır” – SENSASİYA…

İraq diktatoru Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı üçün maraqlıdır. 2006-cı ildə asılaraq edam olunan Səddam Hüseynin bu dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Hadisənin depressiyasından çıxa bilməyən adamlar da oldu.
Lakin ortaya atılan yeni iddialara görə, asılan Səddam əsl Səddam deyildi. Üstəlik bu fikirlərin sıravi insanlar deyil, peşəkar CİA mütəxəssisi tərəfindən deyilməsi məsələyə diqqəti daha da artırdı.
Mütəxəssisin hazırladığı raport sonradan mediaya sızdırıldı, təhlükəsizlik baxımından adı gizli saxlanıldı.
Raporta əsasən,  o zaman bütün dünyanın göz qarşısında asılan Səddam Hüseynin özü yox, on oxşarından biri olub. Həmçinin, sabiq diktatorun öldürüldüyü deyilən oğlanları Uday və Kusay da  hazırda həyatdadır.
İddiaya əsasən, Səddam Hüseyn iraqı təslim etdikdən sonra ABŞ-ın ona verdiyi imtiyazlar çərçivəsində, hazırda sağdır və hətta agentin bəzi fərziyyələrinə görə, o, kurort ərazisi sayılan əlverişli yerdə  yaşayır.
CİA agenti Səddam Hüseynin hazırda sağ qalmasının və onun yerinə başqasının edam edilməsinin sirrini bir neçə tutarlı faktla əsaslandırmağa çalışıb.
Moderator.az həmin faktları təqdim edir:
1.”Səddam Hüseyn ABŞ-ın düşməni deyildi. Bu düşmənçilik, sadəcə, aysberqin görünən üzü idi. Bir neçə ərəb diktatorları kimi o da ABŞ-ın adamı idi.
Related image
2.Səddam Hüseyn İraq ordusunu öz ABŞ-a təslim etdi. Körfəz müharibəsindən sonra siyasi nüfuzu aşağı düşən və xalqa təzyiqlərini artıran Səddam Hüseyn ABŞ-a qarşı vuruşa bilməyəcəyini düşünürdü. Həmçinin, zülm verdiyi xalqına da güvənmədiyi üçün özünə ən uyğun variantı seçdi-ABŞ-ın tərəfinə keçdi.
3.Səddamın “təqib olunması” və  zirzəmidə yaxalanması, həmçinin, yaxalanadan sonrakı məhkəmə dirənişləri raporta görə, qabaqcadan hazırlanmış ssenarinin tərkib hissəsi idi. Bütün bu görüntülər övladları o zamanlar dünyanın başqa-başqa yerlərində təhlükəsiz həyat sürən Səddamın acınacaqlı sonu haqqında mənzərə yaratmaq üçün idi. Ssenariyə görə, Səddamın zirzəmidə aşkar edilməsi, həmçinin, edam səhnələri ABŞ və Avropa televiziyalarında dəfələrlə izlənəcəkdi. Çünki edam kadrlarından sonra bütün dünya Səddamla bağlı olan ədalətin öz yerini tutacağı fikrinə köklənəcəkdi. Bundan sonra həqiqi Səddam Hüseyn İraq küçələrində belə gəzəndə kimsə ona bir söz deməyəcəkdi.
Image result for səddam hüseynin sonu
Mütəxəssis məsələnin siyasi tərəfləri ilə yanaşı, birbaşa Səddamın pz fizionomik göstəricilərini də müqayisə edir və onun asılan adamdan fərqli cəhətlərini faktlarla əsaslandırır:
Related image
“Asılan şəxs Səddamın oxşarı idi. Onların üz cizgiləri və dişləri çox fərqlənirdi. Üz cizgiləri arasındakı fərqi gizlətmək üçün həmin adamı saqqalı halda məhkəməyə gətirib, sonda da edam etdilər. Səddamın həyat yoldaşı Sacidə də asılan adamın Səddam olmadığını bildirib.
Adı açıqlanmayan mütəxəssis apardığı araşdırmaların sonuncunda Səddamın baş quruluşu ilə edam olunan arasındakı müəyyən atropoloji fərqlərin mövcudluğunu vurğulayır. Həmçinin dişlərinin quruluşunda da əsaslı fərqlər var.
 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın