Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / AMEA-da TOFİQ HACIYEV OLAYININ ŞOK GİZLİNLƏRİ – 2 milyonluq yeyinti

AMEA-da TOFİQ HACIYEV OLAYININ ŞOK GİZLİNLƏRİ – 2 milyonluq yeyinti

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda bir müddətdir davam edən gərginlik pik həddə çatıb. İnstitutda baş verən qalmaqallar ictimailəşəndən sonra məsələyə digər dövlət qurumlar qoşulub.

AzNews.az xəbər verir ki, bu gün Maliyyə Nazirliyi Dilçilik İnstitutunda qəfil yoxlamalara başlayıb. Nazirliyinin böyük nümayəndə heyətinə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli bələdçilik edir. Məlumata görə, yoxlama aparan şəxslər institutun maliyyə sənədlərini yoxlayır, əməkdaşların izahatlarını alırlar. İzahatı alınan şəxslərdən biri də institutun istefa vermiş, sonradan vəzifəsini icra etməyə başlamış direktoru, akademik Tofiq Hacıyevdir. İzahatı alınan şəxslərdən 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutunun Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manat vəsaitin aqibəti soruşulur. `

İnstitut rəhbərliyi uğurunda mübarizənin getdiyi, “alim klanları” arasındakı müharibənin açıq müstəviyə keçdiyi bir vaxtda belə bir yoxlamanın keçirilməsi əlbəttə təsadüfü sayılmır.

Bəziləri hesab edir ki, bu yoxlamalar Tofiq Hacıyevin cəzalandırılması üçün təşkil olunub. Yəni onun öz postundan getmək istəməməsi, Akademiya rəhbərliyinə qarşı dirəniş göstərməsinə cavabdır.

Belə olduqda maliyyə yeyintisinə görə həm onun özün, həm də etirafında olan şəxslərin hətta məsuliyyətə cəlb edilməsi ehtimalı var.

Amma bir məsələ də var ki, instituta maliyyə ayrılanda Tofiq Hacıyev direktor olmayıb. Və yayılan informasiyaya görə, T.Hacıyevə direktorluq tapşırılandan sonra o, ilk növbədə ayrılan pulların hara xərclənməsinin təftişinə başlayıb. Məlum olub ki, həmin pulun cüzi bir hissəsi aidiyyəti üzrə sərf olunub. Buna görə də direktor, dövlət vəsaitinin “havaya sovrulması” ilə dəfələrlə aidiyyəti şəxslərə müraciət edib.

O da bildirilir ki, Tofiq Hacıyevin məhz bu canfəşanlığı AMEA-da onu arzuolunmaz şəxsə çevirib. İnstitut daxilində baş verən qalmaqallar, itaətsizlik də bundan sonra başlayıb.

Əgər bu informasiyalardan doğrudursa, onda belə çıxır ki, əslində yoxlamaların aparılması Tofiq Hacıyevin istəyi olub, yaxud da, onun ürəyincədir.

Amma bu istəyin kimin xeyrinə işləməsi bəlli deyil. Çünki gələn yoxlama ilk olaraq onun özünü və yaxını hesab oluna alimləri dindirib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl T.Hacıyev Dilçilik İnstitutunda tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevini müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.

Onu da bildirək ki, T.Hacıyev Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın