Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Alim, hüquşunas, müəllim Səbuhi Əliyevi yaxından tanıyaq…

Alim, hüquşunas, müəllim Səbuhi Əliyevi yaxından tanıyaq…

Əliyev Səbuhi Osman oğlu 1982-ci il, sentyabr aynın 7-də Ağdaş rayonunda, müəllim ailəsində anadan olub. Orta təhsilini 1989 -1999-cu illərdə Ağdaş rayon Müşviq İsayev adına 01 saylı orta məktəbdə alıb. 1999-cu ildə “Odlar Yurdu” Universitetinin “Hüquq” fakültəsinin əyani şöbəsinə daxil olmuş.

2003-cü ildə təhsilin bakalavr pilləsini “Hüquqşünaslıq” ixtisası üzrə, “Vahid Qəhrəmanov” adına təqaüdçü olaraq əla qiymətlərlə bitirıb. 2003-cü ildə həmin Universitetinin “Mülki hüquq” ixtisası üzrə əyani “Magistratura” şöbəsinə daxil olub. 2005-ci ildə təhsilin magistratura pilləsini “Heydər Əliyev” adına təqaüdçü olaraq əla qiymətlərlə, fərqlənmə diplomu alaraq başa vurub. Elə həmin il “Odlar Yurdu” Universitetinin “Cinayət hüququ və kriminologiya” ixtisası üzrə əyani “Aspirantura” şöbəsinə daxil olub. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sahibkarliq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin cinayət-hüquqi mühafizəsi məsələləri” adlı dissertasiya işini müdafiə etmişəm. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.10.2010-cu il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru (PH.D) elmi dərəcəsini alıb. Hüquqşünas alimdir.

“Qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qarşı törədilən cinayətlərin xüsusiyyətləri”, “Bank fəaliyyəti əleyhinə törədilən cinayətlərin xüsusiyyətləri (cinayət-hüquqi və kriminoloji problemlər)” adlı monoqrafiyaların və ölkəmizdə, eləcə də xarici ölkələrdə çap olunmuş 50-dən çox elmi məqalənin və tezislərin müəllifi, o cümlədən “Konstitusiya və hüququn əsasları” adlı dərs vəsaitinin, Azərbaycan Respublikasının Cinayət Qanunları Külliyyatının (almanax), Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasının, Hüquqşünaslar üçün test toplusunun həmmüəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının 30.11.2011-ci il tarixli, 11 saylı protokoluna əsasən, “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” (12.00.08) ixtisası üzrə doktorant təsdiq edilmişəm və həmin protokola əsasən onun, “Bank fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı doktorluq dissertasiyasının mövzusu təsdiq edilib. Hazırda doktorluq dissertasiyasının müdafiəsi ərəfəsindədir. 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “maliyyə” ixtisası üzrə əlavə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakultəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə əlavə təhsil alıb. 2018-ci ildə İsveçrənin Ali Biznes Məktəbinin (Swiss Montreux Business School) MBA proqramı üzrə təhsilini alıb.

Evlidir, iki qızı var.

Bu gün tanınmış mütəxəssisin doğum günüdür. Bu əlamətdar gün münüsibətilə yaxınları və dostları Səbuhi müəllimi ürəkdən təbrik edir, ona bol-bol yaradıcılıq uğurları arzulayırlar.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …