Ana səhifə / Gündəm / Ali təhsili olmayan deputat kimdir?

Ali təhsili olmayan deputat kimdir?

Bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov maraqlı fakt açıqlayıb.

O bildirib ki, Milli Məclisə seçilən yeni deputatlardan 124-ü ali təhsilli, 1-i isə orta ixtisas təhsillidir.

AzVision.az-ın araşdırması zamanı məlum olub ki, Milli Məclisin ali təhsili olmayan deputatı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadır.

Qeyd edək ki, Xalq artisti 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın