Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Akif Süleymanov üçün yolun sonu: Rektorun başı dərddə…

Akif Süleymanov üçün yolun sonu: Rektorun başı dərddə…

Azərbaycan Texnolgiya Universitetinin rektoru Akif Suleymanov bir müddət öncə şok nəticələr aşkarlanmış maliyyə yoxlamalarından “sağ və salamat” qurtula bilsə də başı yenə dərddədir

Politika.Az bildirir ki, sabiq rabitə naziri Əli Abbasovun tələbə yoldaşı və dostu olan rektor məhz bunun sayəsində yüksələ bilib. Belə ki, bu günə qədər Akif Süleymanovun əsas himayəçisi Əli Abbasov olub. Bu haqda bir qədər sonra, daha ətraflı bəhs edəcəyik. Hələliksə maraqlı bir məqam üzərində dayanaq: Məlumdur ki, ATU-da küllü miqdarda yeyinti və korrupsiya halları aşkarlansa, universitetin əməkdaşları həbs olunsa da Akif Süleymanov yenə azadlıqdadır. Axı söhbət dəyəri milyonlarla ölçülən maxinasiyalardan gedir, halbuki bu gün bir neçə yüz manatlıq yeyintiyə görə məhbəs künclərində ömür çürüdənlər var. Belə olan halda Akif Süleymanov azadlıqda necə qala bilir, onu hansı “sirli əllər” qoruyur?

Politika.Az xatırladır ki, Azərbaycan Texnologiya Universitetində Maliyyə Nazirliyinin yoxlaması külli miqdarda mənimsəmə (3000000 manat) aşkarladıqdan sonra barəsində cinayət işi qaldırılıb. Rektor Akif Süleymanov isə bu idarədə verdiyi ifadəsində heç nədən xəbəri olmadığını, baş mühasib Amil Mirzəyev və digər əməkdaşlar tərəfindən “aldadıldığını” bildirmişdir. Amma onun bu ifadəsi nə qədər səmimidir, hansısa əməkdaş dəyəri milyonlarla ölçülən maliyyə maxinasiyaları törədərkən bu məsələdə usta olan Akif Süleymanovu aldada bilərmi? Lap bir anlıq fərz edək ki, hər şey Akif Süleymanovun idia etdiyi kimidir, onu aldadıblar, məgər bu, rektoru hüquqi məsuliyyətdən azad edirmir? Təbii ki, yox!

İndi isə Akif Süleymanovun Azərbaycan Texnologiya Universitetinə rektor kimi gəlişinin təfərrüatlarına nəzər salaq. 2013-ci ilin mart ayında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun təşəbbüsü ilə Akif Süleymanov Texnologiya Universitetinə rektor təyin edilib. Az sonra Əli Abbasov dostunu dəstəkləmək üçün universitetə gəlir və ona hərtərəfli kömək göstərəcəyini vəd edir. Elə bu vədini yerinə yetirir də. Belə ki, az sonra Əli Abbasov rəhbərlik etdiyi nazirliyin hesabına universitetə 50 ədəd personal kompüter bağışlayır, amma “maxinasiyalar ustası” Akif Süleymanov bu kompüterlərin də pulunu universitet büdcəsindən silib mənimsədi (maliyyə yoxlaması zamanı həmin kompüterlər universitet hesabına alınmış kimi qeyd edilib-red).

Digər faktlara nəzər salaq: Həmin vaxt universitet büdcəsindən təkcə bir tualetin təmirinə görə 37000 manat, digər tualetin tikintisi üçün 45000 manat, parta, yazı lövhəsi, yararsız kompüterlər və s. üçün 100000 manatdan artıq vəsait silinib və kompüter şəbəkəsi yaratmaq adı ilə 250000 manat vəsait “yoxa çıxıb”, onda vəziyyətin acınacaqlı olduğu hər kəsə aydınlaşar.

Eyni zamanda tələbələrin adına saxta təqaüd kartlarının düzəldilməsi və bu yolla hər ay dövlət büdcəsinə küllü miqdarda ziyan vurulması da istintaqla tam sübuta yetirilib. Qeyd edək ki, sadalananlar Azərbaycan Texnologiya Universitetində baş vermiş maliyyə maxinasiyalarının yalnız cüzi hissəsidir. Belə olan halda Akif Süleymanovun cinayət məsuliyyətinə cəlb olunmaması necə izah oluna bilər?

Mövzuyla bağlı Politika.Az-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq himayədarları da Akif Süleymanovu müdafiə etməyin mümkünsüzlüyünü görür və bu səbəbdən də yaxın zamanlarda onunla bağlı hüquqi addımların atılacağına şahidlik edəcəyik. Hələlik isə başı dərddə olan rektor istintaqdan yayınmaq üçün müalicə adı altında gah İrana, gah da digər ölkəyə getməklə baş qatmağa çalışır. Amma daha bu üsullar keçməyəcək: rektor üçün yolun sonu görünür.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın